Fəzail Ağamalıya sadə bir sual... - "Amma bir az da özündən danışsın..."

Fəzail Ağamalıya sadə bir sual... - "Amma bir az da özündən danışsın..." Son günlər Fəzail Ağamalının az qala milli qəhrəman kimi görünməsi oxucularımız tərəfindən qınaqla qarşılanıb. DİA.AZ-a yazan Bakı sakini Murad Səfərov bildirir ki, Fəzail Ağamalını tam olaraq təbii qəbul etməyə hazırdır, amma...

Dia.az-a bildirilənlər: "Amma Fəzail Ağamalının aydan-arı, sudan duru olmdağının tam fərqindəyəm. O zaman ona inanardım ki, şəxsən məndən əlbəəl rüşvət almazdı..."

Oxucumuz iddia edir ki, Naxçıvan Dövlət Universitetində oxuyarkən müəllimi Fəzail Ağamalıya şəxsən rüşvət verib:

"Sualara cavab vermişdim. Amma yenə də imkan olmadı. Fəzail müəllimə pul verməli oldum. İndi bu adamı "peyğəmbər" kimi görəndə əsəbimə toxunur. Kimi tənqid edirsə, etsin... Amma bir az da özündən danışsın..."

Şübhəli tələbəsi Fəzail Ağamalı haqqında bunları da deyir: "Onun məqsədi olmasa, hədəfi olmasa, bir addım da atmaz.. Əgər bu gün kimisə söyürsə, deməli, marağı var... Deməli, hansısa "işini aşırmaq" istəyir..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt