Anar Kərimov onu Aparat rəhbəri təyin etdi

Anar Kərimov onu Aparat rəhbəri təyin etdi Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

“MediaPost”un əldə etdiyi məlumata görə, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Geri qayıt