Səfər Mehdiyevi belə yola salacaqlar... - İDDİA

Səfər Mehdiyevi belə yola salacaqlar... - İDDİA "Azərbaycan hakimiyyəti islahatlar kampaniyasına start verdiyini bəyan edəndə əsas gözləntilərdən biri Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı idi. İctimai mühitdə tanınan sahibkarların, iqtisadçı ekspertlərin, nəhayət, hakimiyyətin siyasi xəttini dəstəkləyən deputatların da bu barədə açıqlamalar verməsi DGK-nın ləğv olunacağına inam yaratmışdı. Lakin gözləntilərin əksi baş verdi. DGK yox, Vergilər Nazirliyi özü İqtisadiyyat Nazirliyinə birləşdirildi". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "DGK-nın ləğv olunaraq Vergilər Nazirliyiə birləşdirilməsini təklif edənlərin fikrincə, bu qurum ölkədə sahibkarlığın inkişafına maneə törədir, inhisarçılığı stimullaşdırır. Onlar həm də qurumu korrupsiya əməliyyatlarında ittiham edir.

Bir sözlə, gömrük sistemi sahibkarların qarşısında bu gün əsas maneə rolunu oynamaqdadır. Onsuz da dünyadakı koronavirus pandemiyası səbəbindən ciddi zərərə uğrayan orta sahibkarlar zümrəsi paralel olaraq və daha dəhşətli şəkildə DGK-nın yaratdığı süni maneələrin əziyyətini çəkməkdə, günü-gündən zəif duruma düşürülməkdədir.

Bu gün Səfər Mehdiyev sahibkarlar üçün kabus rolunu oynayır, əvəzində əlindəki rıçaqlardan istifadə edərək, öz yaxınlarının sərvət toplamasına, bu zaman isə dövlət maraqlarının belə ayaqlar altına atılmasına şərait yaradır:

http://www.dia.az/1/259499-sefer-mehdiyevin-baldizi-oglu-korrupsya-zrvesnde.html

http://www.dia.az/9/259182-qanunsuz-fealiyyet-gosteren-shirketler-dovlete-100-min-manatlarla-ziyan-vurur.html

http://www.dia.az/9/257961-gomrukde-yene-adi-olub-resmi-fealiyyeti-olmayan-shirketler-peyda-olub.html

Yuxarıdakı yazılarda sadalanan faktlar əslində Səfər Mehdiyevin barəsində hüquqi işləmlərin başladılması üçün yetərli olsa da, bu günə kimi hansısa addım atılmamış kimi görünür.

Amma dövlət ərkanının səbri tükənməz deyil və bunu yaxşı anlayan Səfər Mehidyevin son günlər daha tədbirli və ehtiyatlı şəkildə fəaliyyət sürdürməsi, gömrükdəki neqativləri azaltmağa çalışırmış kimi görünməsi də belə deməyə əsas yaradır ki, DGK sədri postunda dəyişiklik baş verəcək və Səfər Mehdiyev də mümkün qədər bu prosesi yubatmağa, ləngitməyə çalışır..."

Mənbə dia.az-a göndərdiyi məqaləsində onu da əlavə edir ki, Səfər Mehdiyev hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı ilə də görəvdən alına bilər: "Bu da istisna deyil və yaxın günlərdə sular durulacaq, ortaya tam aydın mənzərə çıxmış olacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt