Əhmədzadənin müavini də büdcəni belə dağıdıb -FOTOLAR

Əhmədzadənin müavini də büdcəni belə dağıdıb -FOTOLAR Əhmədzadənin müavini də büdcədən belə "içib"

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır:

Bu avtomobillər şefindən geri qalmayan, onunla birgə Azərbaycanın su təsərrüfatının belini qıran, melorasiyasını ağlar qoyan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun kolleksiyasındandır. Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb. Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır.

Prezidentin ötən ay su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda dediklərini də yəqin ki, xatırlayırsınız: "Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir".

Əhmədzadə nə cavab vermişdi? Əvvəllər quyu saniyədə 40 litr su verirdi, indi 25 litr su verir. Daha demədi ki, büdcə sağmal inəkdir, bacara bildiyimiz qədər sağırıq.

Şəkildə gördükləriniz avtomobillər deyil,
Rafiq Aslanovun "qazdırdığı" subartezian quyularıdır.
Əhmədzadənin müavini də büdcəni belə dağıdıb -FOTOLAR







Geri qayıt