Onun bu mənzilə ehtiyacı yox idisə, niyə verirdin, ay Əli Həsənov? - FOTO

Onun bu mənzilə ehtiyacı yox idisə, niyə verirdin, ay Əli Həsənov? - FOTO Xəbər verdiyimiz kimi, bu gün Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb.

Bu barədə o, Facebook səhifəsində məlumat verib.

Xatırladaq ki, İntiqam Hümbətov İkinci Jurnalistlər Binasında üçotaqlı mənzillə təmin olunub. Halbuki, keçmiş mətbuat xidmətinin əlavə iki mənzili də var ki, onlardan birini eks şefi - keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayev şəxsən bağışlayıbmış.

Sözügedən üçotaqlı mənzil sahibinə təhvil veriləndən bəri orada heç kim yaşamır. Onlarla jurnalist kirayələrdə qaldığı halda...

Xəbərə əsasən, kommunal xərclərlə bağlı gələn qəbzlər də üst-üstə yığılmaqdadır.

Fotodakı İntiqam Hümbətovun "jurnalistlərin binası"ndakı mənzilidir. //Mediapress.az//
Onun bu mənzilə ehtiyacı yox idisə, niyə verirdin, ay Əli Həsənov? - FOTO
Geri qayıt