"Azercell”dən rəzalət: “30 qəpik nədir ki, ona görə zəng etmisiniz?” – Foto

"Azercell”dən rəzalət: “30 qəpik nədir ki, ona görə zəng etmisiniz?” – Foto Azercell” mobil operatorundan kütləvi şikayətlər illərdir ki, səngimək bilmir. Ölkənin aparıcı mobil xidmətlərindən biri olan “Azercell”in abonentlərinə qarşı müxtəlif kampaniyalar adı altında fırıldaqları hər gün üzə çıxmaqdadır.
Reportyor.info xəbər verir ki, bu dəfə Asi Nadir adlı abonent şirkətdən narazılığını bildirib. Onun sözlərinə görə, həftəsonu paketi götürüb, əvvəllər 1.20 manat olan paket üçün bu dəfə 1.50 manat xidmət haqqı çıxılıb.
“11 11” xidmətinə zəng etdim. Xidmət haqqını niyə artırılmasını soruşnda özünü Kənan Kərimov kimi təqdim edən şirkət əməkdaşı dedi ki, rəhbərliyin qərarıdır. Bunun hansı iqtisadi əsası olduğunu söylədim. Çünki mobil internet xidməti çox zəifdir”, – deyə şikayətçi gileylənib.
O, bu cavabları aldığını dedi: “Dedi ki, rəhbərlik nə istəsə edə bilər, səbəbini bilmirik. 30 qəpik nədir ki, ona görə zəng etmisiniz?
Biz nə üçün müştərini məlumatlandırırıq ki, özünüz hər gün sayta daxil olub öyrənməlisiniz ki, hansı qiymətlər artıb. Dedim ki, nömrələrimizi bilməyən, daha doğrusu vermədiyiniz şirkət qalmayıb. Amma mütəriləri sivil praktikaya uyğun məlumatlandıra bilmirsiniz”.
A.Nadirin sözlərinə görə, “Azercell”in ilk vaxtlarında olan korporativ mədəniyyət artıq deqradasiyaya uğrayıb:
“Əməkdaşlar müştərinin şirkətə loyallığını artırmaqda maraqlı deyil. “Azercell” rəhbərliyi başa düşməlidir ki, müştərini qovmaq və geri qayıtmağa yalvarmaq onlara baha başa gələ bilər”.
Nuran Ağa adlı abonent də “Azercell”in özbaşınalığının üstünü açıb. O, real rəqəmləri paylaşaraq şirkəti günahlandırıb:
“Bu fırıldaqçılığın və insanları axmaq yerinə qoymağın adı nədir? Sizin üçün 5 qəpik bir şey olmaya bilər, amma istifadəçi üçün vacibdir”.
Qeyd edək ki, “Azercell”dən xeyli sayda abonent imtina edib. Bu da şirkətin reputasiyasına ciddi zərbədir. Şirkətin maliyyə fırıldaqları barədə araşdırmalarımız davam edir.
"Azercell”dən rəzalət: “30 qəpik nədir ki, ona görə zəng etmisiniz?” – Foto

Geri qayıt