Binəqədinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən uzaqlaşdırıldı - Əmr

Binəqədinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən uzaqlaşdırıldı - Əmr Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi həyata keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə M.Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu vəzifəni Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədov tuturdu.
Geri qayıt