Naxçıvan gömrüyündə “korrupsiyanın buynuzu” - İLGİNC

Naxçıvan gömrüyündə “korrupsiyanın buynuzu” - İLGİNC Naxçıvanda büdcəyə köçürülmüş gömrük ödənişləri 2020-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrüylə müqayisədə 131 faiz çox olub”.

Ovqat.com xəbər verir ki, bunu Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli bildirib.

Maraqlıdır ki, Səhət müəllim bu ciddi artımın daxili istehsalın qorunması şəraitində baş tutduğunu deyib.

Nəzərə alsaq ki, 2020-ci ilin birinci yarısı koronavirus epidemiyası səbəbindən xaricə gediş-gəlişlərin məhdudlaşdırıldığı dövrə düşür, Naxçıvan gömrükçülərinin 131% artımı necə əldə etdikləri maraq doğurur. Mümkündür ki, problem bu ilin 6 aylıq göstəricisində yox, ötən illərin rəsmi rəqəmlərində ortaya çıxıb. Ümidvarıq ki, müvafiq dairələr Səhət Həbibbəylinin sovet dövründə olduğu kimi, bir inəkdən 3-əm bala almasının əsl səbəbinə aydınlıq gətirəcək.

Əlaqədar qurumlarınların çox əziyyətə qatlamaması üçün onlara təqdim etdiyimiz videonun 1.30-cu dəqiqəsindən sonraya qulaq asmalarını məsləhət bilirik.

https://nuhcixan.az/news/cemiyyet/32159-naxcivanda-budceye-kocurulmus-gomruk-odenisleri-oten-ilin-eyni-dovru-ile-muqayisede-131-faiz-cox-olub
Geri qayıt