"Çin Karqo" şirkəti Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir

"Çin Karqo" şirkəti Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir Ölkənin tanınmış nüfuzlu iş adamı Şamil Heydərov, Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir: "Qurban bayramı - İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün dünya müsəlmanları bu bayramı çox yüksək səviyyədə qeyd edirlər.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Əziz xalqımızı, dövlət başçımızı, bütün islam dünyasının insanlarını, din xadimlərini, ahılları, gəncləri, uşaqları bu müqəddəs Qurban bayramı münasibəti ilə "Çin Karqo" şirkətinin kollektivi adından təbrik edirəm! Bayramlar bərəkətdir, ümiddir, həsrətdir. Sabahlar niyyətdir! Kəsdiyiniz qurban və dualarınız qəbul olsun, sevdikləriniz həmişə sizinlə olsun. Qurban Bayramınız mübarək olsun! Arzu edirəm ki, növbəti qurbanlar işğal olunmuş Qarabağ torpaqlarında kəsilsin".
Geri qayıt