Nazir Şakir Məmmədovu yüksək vəzifəyə təyin etdi

Nazir Şakir Məmmədovu yüksək vəzifəyə təyin etdi Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Şakir Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin sabiq rəisi polis polkovniki Eldəniz Məmmədov vəzifəsindən azad edilərək Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Geri qayıt