Jurnalistləri təhqir edən iş adamının oğlu azadlığa buraxıldı - FOTO

Jurnalistləri təhqir edən iş adamının oğlu azadlığa buraxıldı - FOTO "Fairmont Baku" hotelində sərtləşdirilmiş xüsusi karantin rejimini pozduğu üçün həbs edilən İsmayıl Babayev azadlığa buraxılıb.

“MediaPost” xəbər verir ki, İ. Babayev iyulun 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.

O şəxsi “İnstagram” hesabında yeni şəklini “Qanuna riayət edən vətəndaş” başlığını ilə paylaşıb.

Qeyd edək ki, 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.
Jurnalistləri təhqir edən iş adamının oğlu azadlığa buraxıldı - FOTO
Geri qayıt