Zülfüqarlı qardaşları iş adamı Poladxan Məmmədkərimovu necə tora salıb qovdular?

Zülfüqarlı qardaşları iş adamı Poladxan Məmmədkərimovu necə tora salıb qovdular? Üç ildən çox vaxt keçsə də, sifətinin yarısından çoxu qoruyucu maska ilə örtülmüş Poladxan Məmmədkərimovu tanımaq çətin olmadı. Yaşı artıq səksəni ötüb, onun son iyirmi ilində ona elə zərbələr dəyib ki, həmin zərbələrə çoxu, hətta daha cavan insanlar belə tab gətirə bilməzdilər. Ancaq Poladxan müəllim yaxşı qalıb, həmişəki kimi gümrahdır, ünsiyyətcildir, zarafat etməyi xoşlayır. Bir vaxtların uğur qazanmış sahibkarı, bu gün işgüzar dairələrdən olan müxtəlif fırıldaqçılar tərəfindən son ilməsinə qədər sökülüb və neçə illərdir ki, məqsədyönlü və israrlı şəkildə ədalətin bərpasına nail olmağa çalışır.

"Son zamanlar sosial şəbəkələrdə tez-tez Zülfüqarlı qardaşları ilə bağlı elə xəbərlərə rast gəlirəm ki, iyirmi il bundan əvvəl metal yaymaq üçün aldığım maşınlar sistemi guya onlara məxsusdur. Bu, sərhəd bilməyən həyasızlıqdır. Həm bu maşınlar sistemi, həm də onların quraşdırıldığı Binəqədi rayonundakı Poladtökmə Zavodu və bir çox başqa şeylər mənə məxsus idi. Nə qədər ki, bu qardaşlar cinayətkarcasına həm dövlət strukturlarındakı, həm də mənim ətrafımdakı tamahkar və məkrli insanlarla əlbir olub, mənim işlərimdən kənarlaşmağıma, sonra isə bütün istehsal strukturlarımı, daşınmaz əmlakımı mənimsəməyə nail ola bilməmişdilər…”,-deyə P.Məmmədkərimov söhbətinə başlayır.

Və masanın üstünə "Bakı Poladtökmə" ASC-nin avadanlıqlarının, ehtiyat hissələrinin, mallarının siyahısının əks olunduğu və ilk sırada dəyəri 4 692 158 858 manat olan həmin polad yayma maşınlar sisteminin adı olan qalın sənədlər qovluğu qoyulur. Qoy oxucu bu astronomik məbləğə təəccüblənməsin, qeydlə müşayiət olunan həmin siyahı Poladtökmə Zavodunun 14 maddi məsul şəxsi tərəfindən 15 oktyabr 1999-cu il tarixində, bazarda dolların bir neçə min manat olduğu dövrdə imzalanıb. Həmin zavod isə o vaxt Məmmədkərimova məxsus olub.

Zavodun zəbt olunması. Bu necə baş verib...

Poladxan qasırğalı 90-cı illərdə, gücünün artdığı bir vaxtda Azərbaycandan kənarda qazandığı bütün biznesini və kifayət qədər mötəbər kapitalını vətəninə köçürdü. Çox keçmədi ki, sahibkar, fəaliyyət göstərən iki zavodu əldə etməklə, eləcə də müxtəlif profilli bir neçə şirkət və müəssisə yaratmaqla özünün varlığını hamıya hiss etdirdi.
Düz on il ərzində onun işləri gözlədiyindən də yaxşı getdi. O, xüsusilə ştanqlar, armaturlar, kompressorlar üçün ehtiyat hissələri istehsal edirdi. Neftçilər məhsulun keyfiyyətindən şikayətlənmirdilər, amma iş adamı istehsalın səmərəliliyinin və keyfiyyətinin artırılması üçün prokat xəttinin zəruriliyini özü başa düşdü. Bax, göstərilən prokat yayım xətti onun Suraxanı rayonundakı ilk zavodunda o vaxt peyda oldu.

Və elə həmin vaxt mötəbər işgüzar dairələrdə öz işgüzar ləyaqətsizlikləri ilə məşhur olan Loğman və Nurəddin Zülfüqarlı qardaşları prokat xəttinə göz qoydular. Onlar onda artıq öz primitiv zavodlarında və sexlərində keyfiyyətsiz armatur və başqa tikinti məmulatları buraxırdılar. Bir dəfə qardaşlar Poladxandan xahiş etdilər ki, həmin məhsulları onun şirkətinin markası altında buraxmalarına icazə versin, lakin o, imtina etdi. Onun prokat xəttinin imkanlarından istifadə etmək istədilər, cavab yenə qəti oldu: yalnız qanuni əsaslarla! Amma qardaşlar heç vaxt qanunla dost olmadılar və getdilər. Poladxan isə yayma xəttini tezliklə yeni – Poladtökmə zavoduna keçirdi.

Bəli, tezliklə ona, şirkətlərin özəlləşdirilməsi çərçivəsində ölkədəki tanınmış müəssisələrdən birini - Binəqədi rayonundakı Poladtökmə Zavodunu (keçmiş B. Sərdarov Maşınqayırma Zavodunun yaxınlığında) özəlləşdirmək təklif edildi. Görünür, hakimiyyətin nəzərində daha yaxşı investor yox idi. Zavod bir müddət dayanmışdı, avadanlığın bir hissəsi dağılmışdı, işçilərin əmək haqqı və büdcəyə ödənişlər üzrə böyük borclar yaranmışdı. Poladxan müəllim istehsalı bərpa etdi, müəssisənin borclarını, o cümlədən əmək haqqı üzrə, ödədi, qalan investisiya öhdəliklərini vaxtından əvvəl yerinə yetirdi.

İnvestisiya ayırmalarının qalan 20% -i hətta ARDNŞ-in onun Suraxanı zavoduna olan borcları hesabına ödənildi. Sanki hər şey, necə deyərlər, hamar yola çıxmışdı. Amma elə burada da onun çətinlikləri başladı.

Zülfüqarov qardaşlarının əli ilə, sonradan nazirliyə çevrilən Dövlət Əmlak Komitəsindən hücumlar başladı. Burada inadla sübut etmək istəyirdilər ki, investisiya öhdəlikləri tam yerinə yetirilməyib və buna görə də zavod yenidən dövlətə verilməlidir. Bu qurumla qanun dilində danışmaq mənasız idi.

Budur, yalnız bir nümunə. Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi məqsədi ilə dövlət tərəfindən verilmiş vəuçerləri saxlayacaq yerləri də yox idi. Poladxan müəllim özəlləşdirmə çeklərini öz öfisində xüsusi ayrılmış yerdə saxlayırdı. Amma burada da təcavüzkarlar məhz bu binanı yandırmağı bacardılar, xoşbəxtlikdən çeklər tamamilə yanmadı.

Rəqəmləri olan bəzi köklər salamat qalmışdı ki, bu da uzun əziyyətlərdən sonra onları həqiqi hesab etməyə kömək etdi.

Tezliklə vergi orqanları da Məmmədkərimovun şirkətlərinin fəaliyyətində, onun tabeliyində olanlar tərəfindən yol verilən maliyyə pozuntuları aşkarladılar və 2001-ci ildə onların hamısını cinayət məsuliyyətinə cəlb etdilər. Sahibkarın öz əmlakını oğurlamaqda ittiham olunması qəribədir, lakin o, artıq başa düşürdü ki, bütün bunlar əbəs yerə baş vermir. Onun öz işçilərini müdafiə etmək üçün məhkəmədəki nitqi isə xüsusi diqqətə layiqdir.

"Siz mənim işçilərimi mənim pulumu oğurlamaqda günahlandırırsınız. Amma bu hətta elə olsa belə, mən onları bağışlayıram. Onları buraxın". Hakimlər əvvəlcə çaşdılar, amma öz işlərini gördülər - onların bir çoxu bir neçə il məhkumluq həyatı yaşadılar. Sahibkar isə ondan tələb olunan bütün borcları ödəyərək canını şərti cəza ilə qurtardı. Amma yaşananlar onun sağlamlığına ciddi təsir göstərdi. Bir neçə ilini xaricdə həkimlərin nəzarəti altında keçirməli oldu və özünü daha yaxşı hiss etdikdən sonra doğma yurduna qayıtdı. O, ötən səkkiz ildə taleyindən çox narahat olduğu böyük bir sərvəti burada- keçmişdə vətəndaş nikahında olduğu arvadı Afət Əliyevanın himayəsində qoyub getmişdi.

Həqiqətən də Poladxanın uzun müddət olmamasından faydalanaraq, onunla yaxın münasibətlərini reklam edən A.Əliyeva onun şirkətlərinin bütün sənədlərini istintaq orqanlarından götürdü. Şirkətlərin əmlakının bir hissəsini saxlamaq üçün götürdü, bir hissəsini isə sadəcə mənimsədi. Üstəlik, bahalı avadanlıqların Məmmədkərimovla birgə həyatından əvvəl ona məxsus "Azad sahibkarlıq XXI əsr" şirkətinə aid olduğunu deyərək istintaqı "aldatdı". Bütün bunların, Zülfüqarlı qardaşlarının əli olmadan getmədiyini başa düşən Poladxan, qalan daşınar və daşınmaz əmlakın hamısının geri qaytarılmasını tələb etdi və hüquq-mühafizə orqanlarına müvafiq şikayət göndərdi. Uzun-uzadı araşdırmalardan və məhkəmələrdən sonra nəyi isə qaytara bilib, nəyi isə geri qaytarılmayıb, digər əmlak obyektləri üzrə hələ də məhkəmə çəkişmələri gedir. Doğrudur, bu dünyanı tərk edən Afətlə yox, onun oğlu Ceyhun Abdullayevlə. Bütün bunların arxasında Zülfüqarlı qardaşlarının, necə deyərlər, qulaqları aydın görünür.

Bu gün mübahisələrin mövzusu, Zıx və Suraxanı - Qaraçuxur yollarının kəsişməsində, 90-cı illərdə Poladxan tərəfindən inşa edilmiş, ümumi sahəsi 928.5 kvadratmetr olan bir ofisin yerləşdiyi 0.06314 hektar ərazisi olan bir torpaq sahəsidir. Poladxan barışıq razılaşmasına razı oldu, yeni müqaviləyə əsasən ona əmlakın yalnız dörddə biri düşdü. Ceyhuna isə, onların arasında bağlanmış müqavilə ofisin torpaq sahəsi ilə satılması hüququnu vermədi - prioritet hüquq Poladxana verildi. Amma demə, o da elə-belə Ceyhun deyilmiş. O, gözünü qırpmadan obyekti hansısa Əsmər Fətullayevaya, demək olar, havayı satdı.

Məmmədkərimov iddia edir ki, obyektin real dəyəri ikitərəfli alqı-satqı müqaviləsində rəsmi olaraq göstərilən məbləğdən - 178 min manatdan on qat yüksəkdir. Bu, ona tərəflərin vergidən yayınmaq üçün sövdələşmə məbləğini qəsdən azaltmalarından şübhələnməyə əsas verir. Hələ biz onu demirik ki, obyektin əsl sahibi gülünc vəziyyətə salınıb. Əsmər Əliyevanın yeni əldə etdikləri obyekti tanınmış nəqliyyat şirkəti "Xaliq Faiqoğlu"ya icarəyə verməsi inamsızlığı daha da artırdı.

Poladxan yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət etməli oldu və o, Ceyhunun gəlməməsi səbəbindən Məmmədkərimovun iddiasının təmin edilməsi haqqında qiyabi qərar qəbul etdi. Yəni Ceyhun və Əsmər arasında bağlanan alğı-satqı müqaviləsini, müvafiq olaraq, sonuncunun həmin əmlaka mülkiyyət hüququnu ləğv edib. Bundan başqa, məhkəmə Ceyhuna müqavilədə göstərilən 178 min manatı qaytarmağı tapşırıb. Burada Zülfüqarlı qardaşları da daxil olmaqla, çoxillik çirkin oyunun bütün iştirakçıları artıq hərəkətə keçiblər. Onların hesablaması sadədir. Deyirlər, bir halda ki, işi illərə uzatmaq olar, nə üçün qoca ilə bölüşürsən, böyük vergilər ödəyirsən.., işi uzat, bir dı baxacaqsan ki, iddiaçı canını Allaha tapşırdı. Lakin Poladxan yaşayır və öz haqqını geri tələb edir. "Bütün işləri yoluna qoyana qədər ölmək fikrində deyiləm. Taleyin mənə rast gətirdiyi bu alçaq və nankor insanlardansa dövlətə vicdanla pul vermək daha yaxşıdır", - deyə o bildirib.

Poladxan Məmmədkərimov məhkəməyə ümid edir

Deyək ki, Əsmər xanımın əri Azadxan məhkəmənin qiyabi qərarı verildikdən dərhal sonra Məmmədkərimova “halallıq” (qalan əşyalara və əmlaka görə kompensasiya) vəd etmişdi. O hətta, düşdüyü həbsxanadan belə, verdiyi sözünü unutmadığına and içmişdi. Ancaq sərbəst buraxıldıqdan sonra söhbət tamamilə başqa yöndə getdi: “nə "halalliq", bu barədə heç fikirləşmə də”.

Çox fikirləşəndən sonra Poladxan müəllim "halallıq" almaq üçün Zülfüqarlı qardaşlarının da yanına gedib. O vaxta qədər qardaşlar artıq Bakı Poladtökmə Zavoduna sahib idilər, lakin yayım xəttini Keşlə qəsəbəsindəki köhnə zavodlarından birinə köçürmüşdülər.

Bu gün isə bu xətt standarta uyğun heç bir məhsulu istehsal etməməyi hədəfləyən zavodun bütün istehsal prosesinin əsasını təşkil edir. Ancaq qardaşlar üçün əsas şey keyfiyyət deyil, kəmiyyətdir. Və keyfiyyətlə bağlı, virtualaz.org-un dəfələrlə yazdığı kimi, sadəcə belə edirlər – məhsulu istehlakçıya başqa bir şirkətin - Baku Steel Company-nin markası altında satırlar.

Buna görə Məmmədkərimov səmimi şəkildə bəyan edib: “Mən sizə zavodu və hər şeyi keçirəm, özünüzünkü kimi istifadə edin. Amma yayım xətti hələ də mənimdir, bütün sənədlər də bunu təsdiq edir, onun üçün təzminat almaq istəyirəm. Çünki mənim heç bir şeyim qalmayıb”. Onun təklifi ilə razılaşan qardaşlardan biri digər qardaşları ilə məsləhətləşəcəyinə söz verib, lakin bir müddət sonra kobud şəkildə bildirib: "Qardaşlar razı deyil".

“Mən bilirdim ki, yaramaz adamlardır. Ancaq həyat məcbur elədi ki, mən onları qapımdan , məndən alınsa belə-içəri buraxım. Və ... yeni xəyal qırıqlığı. Əlbəttə ki, adamı ağrıdır, həm də təkcə yayma xəttinə görə yox”, - deyə Məmmədkərimov ürək ağrısı ilə deyir.

Belə çıxır ki, Zülfüqarlı qardaşları kimi şübhəli iş adamlarının işi çoxsaylı şikayətlərə və fırıldaqlara baxmayaraq çiçəklənir. Təmiz bir iş qurmağa çalışan Məmmədkərimov, iyirmi illik dolandırmalardan və əzablardan sonra da onu son ilməsinə qədər sökən o adamların ürəklərinə təsir etməyə çalışır. Ancaq... boş yerə, bu insanların ürəkləri yoxdur, onlar üçün müqəddəs heç nə yoxdur: yalnız puldur, həm də nəyin bahasına olursa olsun.

Yalnız ona ümid etmək qalır ki, bəlkə ölkədə başlayan genişmiqyaslı islahatlar, o cümlədən məhkəmə və hüquq sahəsində, bu vicdansız insanlara da təsir edəcək..

Virtualaz.org
Zülfüqarlı qardaşları iş adamı Poladxan Məmmədkərimovu necə tora salıb qovdular?


Geri qayıt