Səfər Mehdiyevi kimin əvəzləyəcəyi bəlli oldu - İDDİA

Səfər Mehdiyevi kimin əvəzləyəcəyi bəlli oldu - İDDİA Dünən xəbər verərərk bildirmişdik ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ yeni informasiya əldə edib. Daha dəqiqi etibarlı mənbədən redaksiyamıza DGK sədri postunda Səfər Mehdiyevi əvəzləyəcək şəxsin kimliyi barədə məlumat daxil olub.

Mənbənin DİA.AZ-a söylədikləri: "DGK rəhbəri Səfər Mehdiyev artıq etibarı itirmiş bir fiqurdur və onun yola salınması qərarı qətidir. DGK-nın ləğvi də aktuallığını itirib. Daha dəqiqi, belə bir sosial sifariş olsa da, "yuxarılar" bunu müsbət qarşılamadığından DGK ayrıca struktur olaraq qalır".

Mənbə Səfər Mehdiyevin yerinə bir başqa ünvandan yox, elə DGK-dan sədr gəiriləcəyini bildirib: "Səfər Mehdiyevi isə DGK sədri postunda hazırda Dövlət Gömrük Komitəsi sədrinin müavini postunu tutan İqbal Babayevin gətirilməsi gözlənilir. Hələlik ən şanslı namizəd odur".

Qeyd edək ki, səfər Mehdiyevdən fərqli olaraq İqbal Babayev işinin mütəxəssisi kimi tanınır və onunla bağlı müsbət fikirlər var.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Səfər Mehdiyevi kimin əvəzləyəcəyi bəlli oldu - İDDİA
Geri qayıt