Ordu TAMAM, XİN də DÜZƏLDİ... Bəs Arzu Rəhimov? - "Bundan sonra rahatlıqla müharibə apara bilərik..."

Ordu TAMAM, XİN də DÜZƏLDİ... Bəs Arzu Rəhimov? - "Bundan sonra rahatlıqla müharibə apara bilərik..." "Biz Pezidentimizi dəstəkləyirik və son olaraq Elmar Məmməyarovun Xarici İşlər Naziri vəzifəsindın çıxarılmasını da alqışlayırıq. Təbii ki, Qarabaöımızın işğal altında qaldığı bir ərəfədə, hazırki cəbhə gərginliyi fonunda bütün bunlar ən zəruri addımlardır, amma..." Bu sözlər DİA.AZ-a göndərilən çoxsaylı vətəndaş müraciətlərinin birində yer alıb.

Daha sonra dia.az-a yazan vətəndaş bildirir: "Zakir Həsənovun ordumuza rəhbər təyin olunmasının uğurlu addım olduğunu həm indiki Tovuz gərginliyində gördük, həm də Aprel döyüşlərində gördük. Əskik qalan tərəflərin başında Elmar Məmmədyarovun gedişi gəlirdi. Onu da cənab Prezident zərərsizləşdirdi. Bəli, məhz zəzərsizləşdirdi. Əgər bir nazirin ki rəhbərliyi altında ayrı-ayrı diplomtlar vətənə xəyanət yolunu tuturlarsa, onlara qarşı daha sərt addımlar atılmalıdır".

"Ordu TAMAM, XİN də DÜZƏLDİ... Bəs Arzu Rəhimov?" deyə sözünə davam edən oxucumuz bildirir: Bu gün maləsəf əskik olan tərəfimiz var. O da Arzu Rəhimovdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov... O adam ki, Prezidentə yalan danışaraq generalımzın şəhid olmasından sonra orduya yazılanların 150 nəfər olduğunu onun diqqətinə çatdırıb. Halbuki həmin vaxtı on minlərlə gəncimiz səfərbərlik idarəsinə müraciət etmişdi. Bunu elə Sumqayıtdakı mənzərədən də görmək olardı.

Bizim Prezidentdən xahişimiz budur: Arzu Rəhimov da yola salınsın, düşmən qüvvələrin burdakı emissarlarından növbətisi çıxdaş olunsun. Bununla da işimiz tamam olacaq və rahatlıqla müharibə apara bilərik..."
Geri qayıt