Bizim qayğıkeş polislərimiz

Bizim qayğıkeş polislərimiz Zamanla qayğılarımız artanda daşıdığımız nəinki fikir, düşüncə yükü, eləcə də əlimizin ağır zənbili ətrafımızdakıların diqqətini çəkir. Bu gün səhər saatlarında Salyan şəhərində yerləşən Heydər Əliyev parkından keçərkən qarşımda yaşlı bir xanım hərəkət edirdi. Həmin yaşlı xanım gah əlindəki ağır zənbilləri yerə qoyub başındakı örtdüyü düzəldir, gah da başındakı şalı ilə tərini silərək yoluna davam edirdi. Mən insanlıq borcumu yetirmək məqsədi ilə həmin xanıma yaxınlaşaraq kömək etməyə çalışdım. Yaşlı xanıma yaxınlaşarkən ərazidə xidmət aparan Salyan rayon Polis şöbəsinin əməkdaşları özlərini həmin xanımına yetirərək, "ana əlinizdəki zənbilləri verin biz daşıyaq və sizə kömək edək deyə müraciət etdilər". Həqiqətən polis əməkdaşlarının bu təqdirəlayiq addımını görüb, çox təsirləndim. Eyni zamanda qürurlandım. Tez telefonumla onların şəklini çəkdim. Demək ki, hər zaman asayişimizin keşiyində duranlar qayğılarını, mərhəmət, yardım etmək hisslərini də bizdən əsirgəmirlər.
Qarşı tinə çatıb zənbilləri təhvil verəndə qadının: «Geydiyiniz forma halalınız olsun!» dualarını eşitdim. Mən də sakitcə: «Amin!»,-dedim.
Budur bizim polislərimiz, onlar asayişi qorumaqla yanaşı vətəndaşların qayğısına qalır, öz nümunəvi davranışları ilə hər kəsə örnək olurlar.

P.Sadıqov
Bizim qayğıkeş polislərimiz
Geri qayıt