Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu - FOTO

Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu - FOTO Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev xarici işlər naziri təyin olunacaq.

Bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması gözlənilir.

Xatırladaq ki, Hikmət Hacıyev 2014–2018-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində çalışıb.

9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.

Rus, türk, ingilis və fransız dillərini bilir.

Ailəlidir.
Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu - FOTO
Geri qayıt