Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏBİ

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, bununla da sərnişinlərin “BakıKart”-ın balansını artırması üçün imkan yaradılıb.
Vestibüllərdə sosial məsafənin qorunması və maskadan istifadə qaydalarına riayət olunması üçün müvafiq tədbirlər görülüb. Karantin şərtləri nəzərə alınmaqla vestibüllərə BNA tərəfindən nəzarətçilər cəlb olunub.