Düşmənə layiqli cavab verən Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə cavab zərbələr endirmiş

Düşmənə layiqli cavab verən Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə cavab zərbələr endirmiş Ermənistanın silahlı qüvvələri iyul ayının 12-də Azərbaycanın dövlət sərhəddinə təcavüz edərək Tovuz rayonunu ağır toplardan atəşə tutmuşdur. Itkilərimiz vardır. Lakin düşmənə layiqli cavab verən Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə cavab zərbələr endirmiş, onların canlı qüvvələri və hərbi texnikası məhv edilmişdir.
Ermənistanın baş naziri N.Paşinyan hakimiyyətə küçədən gəldiyinə görə, hələ də siyasəti küçə qanunları səviyyəsində həyata keçirməyə çalışır. Iki il ərzində demokratik cəmiyyət quracağına söz verən Paşinyan, nəinki həmin cəmiyyəti qura bilmədi, əksinə öz ölkəsini daha böyük siyasi bəlalara düçar etdi. Belə ki, Ermənistanda qatı diktatura formalaşdı, milli birlik və vətəndaş sülhü tamamilə aradan qaldırıldı, iqtisadi çöküş sürətləndi, əvvəlki sələflərindən uzağa getməyərək siyasi provakasiya və siyasi şantaj yolunu seçdi.
Əvvəlcə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin formatını dəyişməyə cəhd edərək Dağlıq Qarabağın “oyuncaq hökümətini” tərəf kimi danışıqlara cəlb etmək istədi. Azərbaycan Prezidenti, Möhtərəm İ.Əliyev cənablarının dəyşməz iradəsi qarşısında geri çəkilməyə məcbur oldu. Daha sonra qanunsuz olaraq Dağlıq Qarabağ ərazisinə səfərlər etməklə xalqımızın iradəsini sınağa çəkmək istədi və bura da fiaskoya uğradı. Preziden-Xalq tandemi Ermənistan rəhbərliyini çətin durum qarşısında qoydu.
Dağlığ Qarabağda keçirilən və heç kim tərəfindən tanınmayan “seçkilərdən” sonra, andiçmə mərasiminin Şuşada təşkil olunması da təxribat idi. Azərbaycan tərəfi bu təxtibata da getmədi və düşmənin planları “suya düşdü”. N.Paşinyanın “Dağlıq Qarabağ Ermənistan torpağıdır nöqtə” sayaqlamasına qarşı Möhtərəm Prezidentimizin “Dağlıq Qarabağ Azərbaycan torpağıdır nida işarəsi” hökmü həmin fikri tarmar elədi. Çünki İ.Əliyev cənabları daha uğurlu zaman, daha uğulu məkan və daha uğurlu ifadə forması seçmişdir.
Bütün bunlardan əli üzülən N.Paşinyan yeni təxribat yolu seçərək Azərbaycan sərhədinə təcavüz etmişdir. Bu təxribatın bir neçə məqsədi vardır:
1. Ermənistan daxilindəki müxalif qüvvələrin fikirlərini başqa istiqamətə yönəltməklə öz hakimiyyətinin ömrünü uzatmaq;
2. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda siyasi cəhətdən xam olduğunu gizlətmək üçün yeni danışıq platforması əldə etmək;
3. Rusiyanı öz tərəfinə çəkmək və Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvlərini yeni münaqişəyə cəlb etmək, halbuki həmin müqavilə ancaq Azərbaycanın Ermənistanın dövlət sərhəddini pozaraq, onun ərazisini işğal etsə hüquqi qüvvəyə malik olur. Bu bir daha göstəriri ki, adam siyasətçi deyil, provakatordur;
4. Qərbə mesaj vermək istəyir ki, Ermənistan Rusiya ilə siyasi “boşanmağa” hazırdır və yeni “nigah” bağlamaq istəyir. Ona görə də, özü ATƏT-ə, müdafiə naziri isə Rusiyaya müraciət etdi. Lakin heç birindən istədiyi cavabı ala bilmədilər. Düzdür ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi nümayəndəsi A.Kaspirşik hələ də susqunluğunu qoruyur.
Ermənistanın dövlət sərhədimizi pozmaq cəhdləri dövlətimizə aşağıdakı siyasi dividentləri qazandırdı:
1. Azərbaycanda xalqın Prezidentimizin yanında olduğunu və I Vitse Prezident M.Əliyeva ilə apardığı uğurlu siyasəti dəstəklədiyini ortaya qoydu;
2. Azərbaycan ordusunun nə qədər güclü və qüdrətli olduğunu təsdiq etdi. Düşmən tərəfi müasir silahlarla darmadağın edən silahlı qüvvələrimiz, həm canlı qüvvə və həm də texhikanın məhv edilməsində qələbənin 1:5-ə nisbətində bizim xeyrimizə olduğunu təsdiq etdi;
3. Ermənistan rəhbərliyinin təxribatı N.Paşinyanın mövqeyini daha da sarsıtdı. Ölkəmizə qarşı aparılan və etmənilər tərəfindən maliyyələşdirilən, “sapı özümüzdən” olan daxili və xarici müxalifət, həmçinin onları gizli dəstəkləyən milli satqınlar xəyal qırıqlığına uğradılar;
4. Dövlətimizin dəstəkləyən ölkələrin mövqeyi dəqiqləşdi və siyasi rəqiblərimizin kimliyi bir daha təsdiqləndi;
5. Ali Baş komandan İ.Əliyev Cənabları daha bir ilkə imza ataraq Təhlükəsizlik Şurasının virtual formatda toplantısını keçirtdi, düşmən tərəfə siyasi və hərbi mesajlarını açıq şəkildə ünvanladı.
Möhtərəm Prezidentimizə və I Vitse-Prezidentimizə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, uğurlu daxili və xarici siyasətin yürüdülməsi, habelə pandemiyaya qarşı apardıqları mübarizədə yeni nailiyyətlər arzulayırıq.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Həsənov Miri

Geri qayıt