Rəhim Qazıyev oğurlanıb?

Rəhim Qazıyev oğurlanıb? Sabiq Müdafiə naziri Rəhim Qazıyev manəlum şəxslər tərəfindən saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı məlumat yayıb.

"Qızından aldığım məlumata görə, səhər saat 10.00-dan Rəhim Qazıyevdən xəbər yoxdur. Onu rəsmi geyimli şəxslər binanın qarşısından aparıblar..." deyə Əvəz Zeynallı bildirib.

Qeyd edək ki, bir neçə gün öncə sabiq Müdafiə naziri Rəhim Qazıyevə ağır xəsarət yetirilmişdi. Rəhim Qazıyevə hücum edən naməlum şəxslər onu vuraraq, qaçıblar.
Geri qayıt