Şəhid baş leytenantın - FOTOSU

Şəhid baş leytenantın - FOTOSU Bu gün şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu Biləsuvar rayonundandır.

"BakuPost"un məlumatına görə, şəhid əslən Aşağı Çürəli kəndində anadan olub. Şəhidin fotosu da sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Geri qayıt