Nərimanov rayon prokuroruna yeni müavin TƏYİN OLUNDU - Çingiz Qənizadənin oğludur

Nərimanov rayon prokuroruna yeni müavin TƏYİN OLUNDU - Çingiz Qənizadənin oğludur Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub.
Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.
Geri qayıt