SHX-ə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini keçmiş iş yoldaşını öldürmək istəyib? -IDDIA

SHX-ə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini keçmiş iş yoldaşını öldürmək istəyib? -IDDIA

Öldürmək məqsədilə döyülən mayor: "Başımdan aldığım yaraya səkkiz tikiş qoyulub”

"Avtomobil sexində məni öldürmək məqsədi ilə başıma küt alətlə zərbə endirdilər. Aldığım yaraya səkkiz tikiş qoyulub. Hələ də həmin şəxslər məsuliyyətə cəlb edilməyiblər”. Bu sözlər Tovuz rayonu Eyublu kənd sakini, ehtiyatda olan mayor, II qrup əlil Namazov Aydın Lətif oğlunun redaksiyamıza göndərdiyi məktubda əks olunub. A.Namazov iddia edir ki, 21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini mayor Abbasov Sahil Ağayaroğlu tərəfindən təlimatlanan bir neçə şəxs tərəfindən başından ölümcül zərbə alıb. A.Namazov hadisəni törədən şəxslərin hələ də azadlıqda olduqlarını deyir.

Namazov Aydın Lətif oğlunun redaksiyamıza göndərdiyi məktubu qarşı tərəfin mövqeyini də istədikləri halda dərc edəcəyini bəyan etməklə təqdim edir:

"Mən, Namazov Aydın Lətif oğlu 8 il Tovuz rayon Hərbi Komisarlığında 4-cü bölmənin rəisi, 3 il Qəbələ rayonunda hərbi komisar, 3 ay Beyləqan rayonunda rəis müavini, 3 ay Şəmşir rayonunda rəis müavini işləmişəm. Ehtiyatda olan mayor rütbəli zabitəm və II qrup əliləm. 21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini mayor Abbasov Sahil Ağayaroğlu tərəfindən təlimatlanan bir neçə şəxs tərəfindən başımdan ölümcül zərbə almışam. Aldığım zərbə nəticəsində başımda yaranan yaraya səkkiz tikiş qoyulub. Əldə etdiyim məlumata görə, Sahil Abbasov məni öldürmək məqsədi ilə başqa rayondan killerlər çağırıb, Tovuzda hotellərin birində onlar üçün yer ayarlayıb və azı bir həftə onlarla mütəmadi əlaqədə olaraq təlimatlandırıb. Həmin şəxslər Sahil Abbasova məxsus 90 UÇ 294 dövlət nomrə nişanlı niva markalı avtomobil ilə məni izləmiş, doğulduğum Tovuz rayon Eyublu kəndində avtomobil sexində küt alətlə başıma zərbə endirmişlər. Hələ də həmin şəxslər məsuliyyətə cəlb edilməyiblər. Görünür, kimlərsə bu cinayətin açılmasında maraqlı deyil. Ona görə də sizdən xahiş edirəm bu hadisəni ictimailəşdirməklə cinayətin açılmasında mənə yardım edin”.

Redaksiyaya məktub göndərən Namazov Aydın Lətif oğlu Tovuz rayon Polis şöbəsindən də şikayətçidir: "Tovuz rayon Polis Şöbəsi cinayətkarların həbs edilməsi ilə bağlı heç bir iş görmür. Polis idarəsi mənim təhlükəsizliyimi qorumaq əvəzinə ancaq vədlər verir. İndi elə bir vəziyyətə düşmüşük ki, ankoloji xəstəlikdən əziyyət çəkən həyat yoldaşım qorxusundan evdən çıxa bilmir. Vəziyyət elə yaranıb ki, müəllimə işləyən həyat yoldaşım qorxusundan dərs deməyə məktəbə gedə bilmir. Xalam hər gün gəlib onun qoluna girib məktəbə aparır. Yanlarından hər dəfə maşın keçəndə yoldaşım qorxur"

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

miq.az
SHX-ə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini keçmiş iş yoldaşını öldürmək istəyib? -IDDIA
SHX-ə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini keçmiş iş yoldaşını öldürmək istəyib? -IDDIA
SHX-ə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinin rəis müavini keçmiş iş yoldaşını öldürmək istəyib? -IDDIA


Geri qayıt