Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU

Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU Hər güclü bir kişinin arxasında, güclü bir qadın dayanır. Bu cümlə artıq bir klişeyə çevrilib.
Əfsuslar olsun ki, bu sözləri yuxarıdakı fotoda əks olunan qadına şamil etmək olmur...
Öncə məlumat verək ki, fotonu redaksiyaya oxucumuz göndərib. Gördüyü mənzərədən yüngül affekt hal keçirən oxucu, şəkillərə belə şərh verib:
“Ötən gün belə bir hadisənin şahidi oldum. Bir kişi küçədə ayağını qaldırıb, səkiyə qoymuşdu. Şəkildə gördüyünüz qadın isə müticəsinə onun ayaqqabılarını təmizləyib, şalvarını qaydaya salırdı. Ardınca kişi yüksək səslə, amiranə tərzdə “İndi o birisini!” – deyə, qadına ayaqqabısının digər tayını silməyi göstəriş verdi”.
Bəli, qadın-kişi münasibətləri - bütün dövrlərdə və cəmiyyətlərdə həssas və aktual mövzu olaraq qalmaqdadır. Yəni heç kimə sirr deyil ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə, qadına yanaşma fərqlidir.
Əvvəllər Azərbaycanda qadın-kişi bərabərsizliyi haqqında müzakirələrə cəmiyyətin problemi, çatışmazlığı kimi yanaşardım. Amma son illər belə qənaətə gəlmişəm ki, bu problemi ümumiləşdirib, cəmiyyətin çatışmazlığı, qüsuru kimi qabartmaq heç də doğru deyil. Əlbəttə, bu danılmazdır ki, hətta inkişaf etmiş ölkələrdə belə, qadınlar təcavüzə, cinayətə, zorakılığa məruz qalır.
Bu, məsələnin bir tərəfi.
Digər tərəfdən isə etiraf etməliyik ki, dünyada elə ölkələr var ki, el dili ilə desək, biz onların yanında toya getməliyik... Yəni zənnimcə, qadın özü imkan verməməlidir ki, onu evdə və cəmiyyətdə - iş yerində, dost-tanış, qohum-əqrəba içində - bacarıqsız, qorxaq, ağlı dayaz kimi qəbul etsinlər. Qadın ilk növbədə özünə hörmət etməli, dəyər verməli, daim inkişafı naminə öz üzərində çalışmalıdır ki, güclü cinsin nümayəndəsi də onun dəyər və qiymətini bilsin. Çətinliklə üzləşəndə, ağıllı qadınından məsləhət alsın, ona güvənsin.
Əfsuslar olsun ki, Azərbaycanda əksər qadınların özləri haqqında formalaşdırdığı yanlış rəy nəticəsində digərləri bunun qurbanına çevrilir.
Qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırır, onlara edilən anormal rəftarları normal qarşılayırlar. Bəzən olur ki, Azərbaycan qadını hətta həyatı ilə bağlı önəmli qərarı özü belə verə bilmir, fikir söyləmək hüququndan məhrum edilir. Çünki ona kimdənsə asılı vəziyyətdə yaşamaq daha rahatdır. Ailə qurmazdan öncə bu qərarları atası verir. Evlilik həyatında isə özünü ondan dəfələrlə ağıllı hesab edən əri... Çünki qadın bu vəziyyətə özü rəvac verir.
Yəni hər bir qadın ona veriləcək dəyəri, özü müəyyən edir. Odur ki, gözəl qadın olmaq kifayət etmir. Gözəl qadın olub, lakin həyat yoldaşınız tərəfindən aşağılanırsınızsa, bəlkə günahı qarşı tərəfdə deyil, özünüzdə axtarasınız?! Bu haqda düşünməyə dəyər.
"Arvadına küçənin ortasında ayaqqabı sildirən kişi də nə dərəcədə kişidir?" - sualına isə elə oxucu özü cavab versin...
big.az
Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU
Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU
Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU
Geri qayıt