"Koronavirusla birgə mübarizə”

"Koronavirusla birgə mübarizə” “Bakı Avrasiya” Universitetinin məzunu, Nərimanov rayonun fəal gənci – Mehriban Xəlilli

Bildiyniz kimi Covid19 virusu 2019 cu ilin 19 dekabrndan etibarən Çinin Huan əyalətində yaşlı bir insanin sətəlcem xestəliyi tutması ilə yayılmağa başladı. Çin isə bu barədə 31 Dekabr tarixində Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi . Daha sonra bu virus geniş vüsət alaraq bir çox ölkələrə yayıldı. Müəyyən müddətdən sonra Bir çox böyük dövlətlər virus qarşısında aciz qaldılar. Bu virus böyük dövlətlərdə və elecədə digər dövlətlərdə ciddi fəsadlar törətdi, milyonlarla insan tələfatı ilə nəticələndi . Ümumdünya Səhiyyə Təşkilatı bu ili Pandemiya dövrü adlandırdı. (Yəni ən ağır epidemik xəstəliklər ili ) Virusla bağlı olaraq insanların təhlükəsizliyinin və sağlamlığının təmin olunmasi ilə əlaqədar bir çox dövlətlərdə eləcə də Azərbaycan da Karantin rejimi müəyyən olundu.Bu gün koronavirusla mubarizədə bir neçə dövlətlər çarəsizdir. Nəzərinizə çatdırım artıq yarım ildirki bütün dövlətlər bu virusla mübarizə aparır. Bir neçə profilaktik tədbirlər görülsə də virusun qarşını almaq qeyri-mümkündür . Dünya ölkələri ilə yanaşı həmçinin Azərbaycan da koronovirusla bağlı mübarizələr aparılır. Azərbaycan da koronovirusa yoluxma halı ilk 28 fevralda qeydə alınmışdır və getdikcə insanların məsuliyyətsizliyi üzündən virus yayılaraq ölkəmiz də də geniş vüsət almağa başlamışdır. Lakin qeyd edək ki, bu gün dünya ölkələri ilə müqayisədə Azərbaycan da vəziyyət daha yaxşıdır. Hətta bunu digər dövlətlərdə qeyd etmişdir . Həmçinin də BMT-NİN Azərbaycan dakı rəsmi nümayəndəsi öz çıxışında da qeyd etmişdir.
Azərbaycan da bu virusun yayıldığı gündən etibarən bir çox profilaktik tədbirlər həyata keçirilmişdir. Ölkə başçımız Cənab İlham Əliyev bu sahədə qetiyyətli addımlar atmışdır. O, Nazirlər Kabineti yanın da Operativ Qərargah yaradaraq bir çox qanunlar həyata keçirmişdir. Ölkədə mövcud vəziyyətlə bağlı olaraq karantin rejmi tətbiq olunmuş və bu sahədə ciddi addımlar atılmışdır . Artıq 6 aya yaxındır ki Azərbaycan Respublikası karantin rejimi altındadır. Mövcud vəziyyətlə bağlı olaraq karantin rejmi daha da sərtləşdirilmişdir. Tətbiq olunan qaydalar insanların sağlamlığının qorunması üçün təşkil olunmuşdur. Bu gün Azərbaycan da vəziyyət stabildir. Ölkə başçımızın öncə görən siyasəti nəticəsində koronavirus Azərbaycan da yayılması maximumdan minimuma endirilmiş və bu sahədə Ciddi addımlar atılır.
Cox təəsüf hissi ilə qeyd ede bilərəm ki azda olsa bu virus Azərbaycan da da fəsadsız ötüşmədi . Koronovirus Azərbaycan da 200dən çox insanın həyatına son qoydu. Bu gün koronovirusla mübarizədə dövlətlərin birgə fəaliyyəti bu virusun qarşının daha tez alınması ilə nəticələnə bilər .Birgə mübarizə ilə bağlı olaraq bir çox dövlətlərdə müəyyən videokonfranslar , danışıqlar aparılır. Həmçinin bura 4 may 2020ci ildə təşkil olunan Covid-19 la mübarizədə keçirilən Zirvə görüşündə qeyd etmək olar. Bu görüş də Qoşulmama Hərəkatına üzv olan dövlətlər iştirak etmişdir. Görüşdə covid-19 -un ölkədə yaratdığı və yarada biləcəyi təhlükə ilə bağlı müəyyən danışıqlar aparılmışdır .
Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koronovirusla bağlı olaraq bir neçə ölkəyə dəstək olmuşdur.
Dünyanı öz cənginə almış bu virusla mübarizədə tək yol birgə mübarizə və qoyulan qaydalara əməl etməkdir.
Hər bir şəxs öz gigiyenasına riayyət etsə, öz sağlamlığının qeydinə qalsa, qoyulan qaydalara əməl etsə tebiki virusun qarşısını almaq bir o qədər də çətin deyil. Lakin insanların məsuliyyətsizliyi, özbaşınalığı bu gün virusun yayılmasını daha da sürətləndirir. Koronovirusla bağlı olaraq bir neçə təşkilat insanların maarifləndirilməsi ugrunda, öz şəxsi gigiyenalarına riayət etməsi ilə bağlı olaraq bir neçə reydlər keçirilir. Onların sağlamlığı ilə əlaqədar maarifləndirici bukletlər paylanılır və evdə qalmaları ilə bağlı təkliflər olunur. Əgər bu gün hər birimiz bu virusa qarşı həməylik göstərsək inanıram ki , virusa çox qısa müddətdə qalib gələrik. Bu günlərdə hər bir vətəndaşa evdə qalmalarını, sağlamlıqlarının qaydına qalmalarını, tətbiq olunan qaydalara riayət etmələrinə səsləyirəm! Gəlin bir olaq, bu virusla birgə mübarizə aparaq! Necə deyərlər Güc Birlikdədir!
Geri qayıt