"Gəlin, bir-birimizə kömək edək" - Prezidentin köməkçisi

"Gəlin, bir-birimizə kömək edək" - Prezidentin köməkçisi İctimai nəqliyyatda hamının maska taxmasına ən yaxşı nəzarət edənlər sərnişinlər olmalıdır.

Bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bunu heç kim - nə polis, nə dövlət, nə digər inzibati orqnalar edə bilməz.

“Çağırıram ki, gəlin bir-birimizə kömək edək. Tələblərə riayət etməyi təşviq edək, tələb edək. Bu, bizim hamımız üçün vacibdir”.
Geri qayıt