Seyfulla Əzimovun rütbəsi artdı - Sərəncam

Seyfulla Əzimovun rütbəsi artdı - Sərəncam Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb...
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan 3 nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

“Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenat rütbəsi verilib. Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.

Qeyd edək ki, N.Məmmədxanlı və T.Hacıyev bu sərəncama qədər polis polkovniki rütbəsi daşıyıb.
Geri qayıt