"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”

"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci – Gülbəniz Cəfərova

Vətənə xidmət ən şərəfli peşələrdən biridir. Quruda, suda, havada daima vətənin keşiyində canından keçməyə hazır olan Azərbaycan Ordusu var. Gecə-gündüz şərəflə vətənin müdafiəsində olan ordumuz hər an ayıq-sayıqdır. Biz vətəndaş olaraq dərk edirik ki, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan ordusudur. İstər döyüş qabiliyyəti, istər maddi-texniki imkanlarına görə Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Xalqımızın milli vətənpərvərlik hisslərinin ən bariz təsisatıdır ordumuz! Müasir tələblərə cavab verən Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Aprel zəfəri bir daha sübut etdi ki, Azərbayacn ordusu öz peşəkarlığı, mübarizə əzmi ilə güclüdür, yenilməzdir. Fəxarətlə deyə bilərik ki, bu gün Ali Baş Komandanın əmri ilə ordumuz hər an işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ali Baş komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Ermənistanın işğalçı təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək standartlara cavab verən ordunun formalaşdırılması istiqamətində intensiv addımlar atılır. Azərbaycan iqtisadiyatının sürətli inkişafı şərait yaradır ki, bu gün ordumuzun hərbi xərcləri istənilən məbləğdə artırılsın. Prezident İlham Əliyev ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsini hər zaman diqqət mərkəzində saxlamışdır. Dövlət başçımızın sərəncamı ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi xətti ilə 1300 adda hərbi təyinatlı məshul istehsal olunub həmçinin müxtəlif dövlətlərə də ixrac olunur.
Vətənə xidmət edən şəxsi heyyət də diqətdən kənarda qalmır. İlham Əliyev öz nitqində qeyd etmişdir ki, “şəxsi heyyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur.Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbətdə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlra yaxşı mənzillər verililibdir.”
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatlarının Azərbaycanın ərazi bütövlüyü il bağlı qərar və qətnamələri hələ də icra edilməmiş qalır. Əminik ki, Azərrbaycan ordusu hər an düşmən işğalında olan torpaqlarımızı azad etməyə hazır və qadirdir.
Mən bu gün Azərbaycan vətandaşı olaraq fəxrlə deyə bilərəm “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”

Geri qayıt