Nəcməddin Sadıkovun bacısı oğlu GENERAL OLDU

Nəcməddin Sadıkovun bacısı oğlu GENERAL OLDU Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub.

Hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində xidmət edən Ramil Əsgərov, daha əvvəl Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi əvəzi vəzifəsini icra edib.
Geri qayıt