Vüqar Səfərlinin 30 metrlik hovuzu və... - Mətbuatın özünütəsdiq zərurəti...

Vüqar Səfərlinin 30 metrlik hovuzu və... - Mətbuatın özünütəsdiq zərurəti... Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstiyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfrlinin həyətindəki hovuzunun uzunluğu 30 metrdir.

Yenisabah.az xəbər verir ki, bunu Vüqar Səfərlinin özü bir neçə il əvvəl Ankarada səfərdə olarkən baş redaktorlara deyib. Bu barədə jurnalist Elşad Eyvazlı sosial şəbəkədə bildirib.

“İli yadımdan çıxıb, baş redaktorlar Ankarada səfərdə idi. Vüqar Səfərli baş redaktorları başına yığıb söhbət edirdi: - - "Hovuzumun uzunluğu 30 metrdir, təmizləyicilər çatdıra bilmir, filan...".

O zaman 30 kv.m evi olmayan redaktorlar ona maddım-maddım, ağızlarını ayırıb qulaq asırdılar”, - deyə Elşad Eyvazlı bildirib.

DİA.AZ bildirir ki, Elşad Eyvazlının sözlərini də "Quran ayəsi" imi qəbul etmək olmaz. Ən azından onun özü də elə Vüqar Səfərlidən faydalananlardan olub. İlk başdan ona görə ki, həmin səfərdə olanlar elə Vüqar Səfərlinin ürək dostları idi... İkincisi də ona görə ki, bu günlərdə Vüqar Səfərlinin ağsaqqalı olan, PA-nın keçmiş şöbə müdiri Əli Həsənov son açıqlamasında Elşad Eyvazlını böyük fərəh hissi ilə xatırlayıb...

Görünür, Elşad Eyvazlı da bundan yana narahatçılıq keçirməkdədir. Halbuki dünənə qədər məhz onu Mətbuat Şurasına təyin etmişdilər ki, sözünbü deyən saytları, jurnalistləri "reket" elan edib gözdən salsın... İndi isə Əli Həsənov onu özünə dost kimi təqdim etməklə, Elşad Eyvazlını çətin duruma salıb... Ona görə də, hörmətli həmkarımız gün ərzində bir neçə dəfə Əli Həsənova "ilişməli" olub. Həm saytında, həm də şəxsi səhifəsində... Bu yolla adam özünü təmizə çıxarır... Yəni Əli Həsənovsuz TƏMİZLİYƏ...
Geri qayıt