Prezident İlham Eliyev xalqın etimadını qazanan liderdir !

Prezident İlham Eliyev xalqın etimadını qazanan liderdir ! Pandemiya gözel Azərbaycanımızdan da yan keçmədi. Lakin buna baxmayaraq Azerbaycan inkişaf etməkdə davam edir. 3 iyun 2020-ci il Tərtər rayonunun Olimpiya İdman kompleksinin açılışı baş tutmuşdur. Prezident Cənab İlham Əliyev Kompleksin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunmuşdur:
Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.
Cenab Prezident İlham Əliyev bu nitqi ilə səsləndirdiyi əhəmiyyətli fikirləri sanki xalqın elə məhz öz dilindən idi. Cənab Prezidentimiz hər zaman xalqının yanındadır və olacaq da. Bunu hər çıxışında bəyan edən Başçımız Azərbaycanın birlik və bərabərliyi üçün, siyasi, iqtisadi inkişafı üçün əlindən gələn hər şeyi edir. Biz də gənclər olaraq çalışmalıyıq ki, Prezidentimizin ətrafında sıx birləşək, onun apardığı uğurlu siyasətin davamçılarından olaq.
ELM VE TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSİTETİNİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ HACIYEVA RÖYA.
Geri qayıt