Qohumu olan talançı "JEK" müdirini necə televizyonçu ettdi... - FAKT

Qohumu olan talançı "JEK" müdirini necə televizyonçu ettdi... - FAKT "Məmurların korrupsiya ittihamı ilə həbs olunmaları sürdükcə ofşorlara, ölkə dışına daşınan milyardların ölkəyə qaytarılacağı fikirləri, iddiaları da dündəmdən düşmür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hər gün mətbuatda iri ranqlı məmurların və adlarının qabağına “keçmiş” qoyulan belə məmurların içdə və dışda var-dövlət siyahıları yayılır. Dövlətin dövlət dilində danışa bilməyən baş diplomatından tutmuş, dövlət dilində “qarğa dili”, “ beş-altı dildə bülbül tək” danışan keçmiş mədəniyyət başqanına kimi iri məmurların başı dövlət işindən daha çox “şərh edilməyən şəxsi məsələləri” çözməyə qarışıbmış, heç demə ! İndi hamını bir sual düşündürür : DIŞARIDAKI PULLAR ÖLKƏYƏ QAYTARILACAQMI ?

Dışdakı pulları deyə bilmərik , içdəki maddi-mədəniyyət obyektlərinin xalqa qaytarılması elə də çətin deyil. Elə metronun “İçərişəhər” stansiyasından Nərimanov heykəlinə doğru qalxan “Qırxpilləkən”in başındakı Qarabağ əlillərinin sahibkarlıq amacı ilə yararlanmaq istədikləri zibilxananı Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirərək keçmiş “JEK” müdiri, sonra Milli Televiziya və Radio Yayımı Şurasının 5 üzvündən biri təyin etdirdiyi dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına “40 pillə” kafesinə çevirdiyi obyekti 10 il məhkəmə qapılarında süründürdüyü Qarabağ əlillərinə qaytarmaq nə çətin işdir? Eləcə də, şadlıq saraylarına, “qutabxana”lara çevrilmiş kinoteatrları, kitabxanaları əvvəlki təyinatına qaytarmaq da siyasi iradədən keçir.

Nizami rayonunda, metronun “Xalqlar Dostluğu” stansiyası yönündəki Heydər Əliyev parkının yanındakı Bəhruz Nuriyev -14 ünvanında yerləşən 50 ilin kitabxanasını bir günün içində “Eviniz” “qutabxana”sına çevirən əmlak və mədə(niyyət) – “kitab - qutab“ xadimləri” də Məhsəti küçəsindəki anbara daşıdıqları kitabları bir günün içində əvvəlki xanalarına - evlərinə qaytara bilərlər. Sadəcə, qanunsuz, gizlin “kitab-qutab” sövdələşməsininin ləğv edilməsi gərəkir. Əmlak, mədəniyyət dəllallarının hər zamankı kimi qarınları ilə yox, başları ilə qərar vermələri yetər .

Hamını deyə bilmərik, amma kitabsevərlərin gözü yoldadır, kitabların əvvəlki yerlərinə qayıtmalarını gözləyirlər. Qaytarılacaqmı?"
Geri qayıt