“Birlikdə olan Azərbaycan xalqı bu xəstəliyə də qalib gələcək – “Biz birlikdə güclüyük””

“Birlikdə olan Azərbaycan xalqı bu xəstəliyə də qalib gələcək – “Biz birlikdə güclüyük”” Xaçmaz Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, Nərimanov rayonun fəal gənci Rəsul Həşimov

2019-cu il dekabr ayın ortalarında Çinin Uhan şəhərində insanlara məlum olmayan naməlum mənşəlli pnevmoniya xəstəliyi aşkar olundu. Bu xəstəlik böyük sürətlə bütün dünyaya yayılmağa başladı. Bu gün COVİD-19 virusu bütün dünyanın ən aktual məsələsidir. Bu pandemiya müxtəlif dünya ölkələrində çox ağır fəsadlar törətmişdir. Dünya üzrə 114 mindən çox insanın həyatını itirməsi, 7 milyondan artıq insanın bu virusa yoluxması vəziyyətin necə ciddi və təhlükəli olmasını bizə göstərir. Hətta inkişaf etmiş dövlətlər belə bu virusun qarşısında aciz qalmış, çoxlu sayda itkilər vermişlər. Yanvar ayının sonundan etibarən Ümümdünya Səhiyyə Təşkilatı “səhiyyədə qlobal fövqəladə hal” elan etmişdir.
Qonşu ölkələrdə olan vəziyyət də o qədərdə ürək açan deyil. Rusiyada bu virusdan həyatını itirənlərin sayı 6300-ü, İranda 8500-ü keçmişdir. Bədnam qonşularımızda isə yoluxma halı 15 mini keçmişdir.Bu pandemiya Azərbaycandan da yan keçmədi. Lakin cənab prezident İlham Əliyevin uzaq görənliyi sayəsində ölkədə tam vaxtında karantin elan edilməsi, xarici uçuşların dayandırılması və ölkəyə gələnlərin 14 gün karantin rejimində saxlanılması ölkəmizin bu virusu digərlərindən daha yüngül keçirməsinə təsir göstərmişdir.
Hər birmizə bəllidir ki, bu virus ən böyük zərbələrdən birini ölkələrin iqtisadiyyatına vurdu. Əsasən işsizlərə, xırda və orta sahibkarlara bu təsir böyük oldu. Dövlət başçımızın sərəncamı ilə işsiz insanlara, xırda sahibkarlara bu ağır zamanda maliyyə dəstəyi, həmçinin vətəndaşlar üçün vergi güzəştləri tətbiq olunmuşdur. Virusla mübarizə üçün cənab Prezidentin təşəbbüsü ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradıldı.
Ölkəmizdə modul tipli xəstəxanalar, labaratoriyalar inşa edilib. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxana komplekslərinin açılışı baş tutub.
“Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb.”
Dövlət başçımızın səsləndirdiyi bu fikirlər ölkəmizin pandemiyaya qarşı hazırlıq səviyyəsinin nə dərəcədə yüksək olmasını göstərir. Onun xalqa göstərdiyi diqqət və qayğını hər bir Azərbaycan vətandaşı görür və seçiminin necə doğru olduğunu anlayır. Hər zaman ölkəsi, xalqı üçün çalışan, öz uzaq görən, təcrübəli siyasəti nəticəsində onu bütün xarici və daxili təhlükələrdən qoruyan liderin ətrafında Azərbaycan xalqı sıx birləşmişdir.
Cənab Prezidentin dediyi kimi “Biz Birlikdə Güclüyük”!

Geri qayıt