Eldar Sultanov vəzifəsindən azad edildi

Eldar Sultanov vəzifəsindən azad edildi Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəzifəsindən azad olunub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilmişdir. ​ ​ ​
Geri qayıt