Hansı icra başçısının "əskisi tüstülüdür"? - İDDİA

Hansı icra başçısının "əskisi tüstülüdür"? - İDDİA Bir neçə gün əvvəl KİV-ə verdiyi açıqlamasında "kimsə arxayınlaşmasın" deyərək yeni məmur həbslərini anons etmiş olan YAP-çı deputat Siyavuş Novruzovun əslində yeni dalğadan xəbər verdiyi bütün parametrləri ilə aydındır. Bunu xatırladan bilgili qaynaq DİA.AZ-a açıqlamasında bildirir ki, bu günlərdə daha bir neçə rayonun icra başçısı ilə bağlı sərt qərarlar verilə bilər.

Mənbə qeyd edir ki, bu dəfə də barəsində ən çox narazılıqlar olanlar hədəfdə olacaq: "Yəni kimin əskisi tüstülüdürsə, o da yanacaq..."

Mənbə dia.az-a konkret olaraq 3 rayonun rəhbəri ilə bağlı da bilgi verib: "Bu gün hazırda Astara, Qusar və Şəmkir rayon icra başçıları barələrində edilən şikayətlərin sayına görə üstünlük təşkil edirlər. Yəni onlar ilk hədəf ola bilərlər. Amma həbslər də gözlənilir, yəni proses təkcə kimlərinsə işdən atılması ilə müşaiyət olunmayacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Geri qayıt