Bileti qaytarmaq istəyən sərnişinlərin NƏZƏRİNƏ

Bileti qaytarmaq istəyən sərnişinlərin NƏZƏRİNƏ "Bu günə qədər bilet almış sərnişinlər əllərindəki biletləri yeni biletlərlə dəyişə bilərlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

E. Hacıyev deyib ki, bunun üçün sərnişinlərə xüsusi vauçerlər təqdim edilir: “AZAL-ın təyyarəsi ilə gələcəkdə uçmayacağını bildirən sərnişinlərə gəlincə, uçuşların bərpasından 60 gün sonra bütün biletlərin pullarını qaytarmağa hazır olacağıq”.
Geri qayıt