Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə təyin olunub.

O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Geri qayıt