Əli Həsənovdan İLGİNC AÇIQLAMA - İndi də polisi qınadı...

Əli Həsənovdan İLGİNC AÇIQLAMA - İndi də polisi qınadı... Prezidentin keçmiş köməkçisi Əli Həsənov “Yasamal hadisələri” ilə bağlı sosial şəbəkədə yazdığı statusa əlavə edib.

Əgər Əli Həsənov statusda polisin üstünə zibil atanları qınayırdısa, etdiyi əlavədə asayiş keşikçilərinin keçirdiyi əməliyyata da tənqidi yanaşıb.

“Dünən çevik polis əməkdaşlarının həmin binada keçirdiyi əməliyyatla bağlı şəbəkələrdə yayılan görüntülər də heç bir xoş ovqat yaratmadı. Məncə istər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini almalı və müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə cəmiyyətimiz belə hallardan sarsıla bilər”, - deyə Əli Həsənov bildirib.

O, bu fikirlərini statusuna bir gün sonra əlavə edib. //Yenisabah//
Geri qayıt