Sizin gördüyünüz bütün işləri ürəkdən alqışlayırıq

Sizin gördüyünüz bütün işləri ürəkdən alqışlayırıq
Artıq uzun müddətdir ki, koronavirus adlanan xəstəlik dünyanı cənginə alıb. Ən nəhəng dövlətlər belə bu pandemiyanın qarşısında aciz qalıblar. Bu bəla ölkəmizdən də yan keçməyib.
Lakin ölkə başçımız cənab İlham Əliyevin səyləri nəticəsində elə ilk vaxtlardan bu qorxunc bəlaya qarşı genişmiqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilməyə başladı.
Ölkəmiz ilk olaraq BMT-nin Ümumdünya səhiyyə təşkilatı ilə sıx əməkdaşlığa başladı və bu təşkilata 5 milyon dollar könüllü maliyyə yardımı etdik. Eyni zamanda 13-dən artıq dünya dövlətinə xəstəliklə mübarizə məqsədi ilə yardımlar edildi. Ölkə əhalisinin işləməyən vətəndaşlarına yardımlar edildi və bu tədbirlər hələ də davam etdirilir.
Ölkə başçımızın təşəbbüsü ilə aprel ayının 10-da Türk Şurasının fövqəladə zirvə görüşü keçirildi. Bu zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi.
Prezidentimizin apardığı siyasət nəticəsində xəstəliyin ilk dövründən ölkəmizdə olan 20-dən artıq xəstəxana bu xəstəliklə mübarizə üçün yenidən quruldu. Qısa bir zamanda 2000-dən artıq xəstəni qəbul etmək gücü olan ixtisaslaşmış yeni bir xəstəxana tikilərək vaxtından əvvəl istifadəyə verildi və 10 yeni modul tipli xəstəxananın tikintisinə başlanıldı. Hazırda yeni tikilən xəstəxanalar istifadəyə verilmək üzrədir.
Bu günkü statistikaya əsasən bu xəstəliklə mübarizədə ölkəmiz ən az itki verən dövlətlər sırasındadır.
Bu işlər davam etdirilir və inanırıq ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə biz bu çətin imtahandan qələbə ilə çıxacağıq. Bütün bunlara görə ölkə başçımıza minnətdarıq.
Belə bir çətin zamanda ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, insanların yaşayışında heç bir çətinlik yoxdur. Prezidentimizə ulu tanrıdan can sağlığı arzulayıram.
2018-ci ildə İ.Əliyev cənabları yenidən prezident seçildikdən sonra ölkəmizdə böyük islahatlara başlanıldı. Xüsusən məhkəmə-hüquq sistemində, idarəetmə orqanlarında, vergi və gömrük orqanlarında islahatlar geniş vüsət aldı.
Təəssüflə qeyd edək ki, dövlət idarəetmə orqanlarında çalışan bəzi insanlar var ki, onlar insanlığa sığmayan hərəkətlər edərək xalqın və dövlətin malını çapıb talamaqla məşğul olmuşlar. Korrupsiya halları, rüşvətxorluqla məşğul olan Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayonunun icra başçılarının törətdikləri əməllər artıq hamıya məlumdur. Dövlət Təhlükəsizlik Xidməti və Baş prokrorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində bu cür “üzdəniraq kadrlar” ifşa olunmuşdur.
Bu gün gənc kadrların müxtəlif vəzifələrə təyin olunması onu göstərir ki, bu islahatlar zamanı savadlı, qabiliyyətli gənclərə geniş meydan verilməlidir.
Biz inanırıq ki, xalqın malına göz dikən məmurlar ifşa olunacaq vətəndaş-dövlət münasibətləri tam bərpa ediləcəkdir.
Xalqımız buna inanır və Azərbaycanımızın inkişafı və tərəqqisi naminə daima ölkə prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşmişdir.
Mən əminliklə bildirirəm ki,prezidentimizin apardığı islahatlar prosesini, korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərini cəmiyyətimiz, biz ziyalılar ürəkdən alqışlayır və bu əhalimizin dövlətimizlə olan birliyini sarsılmaz edir.
Cənab prezident - Ulu tanrı Sizi qorusun !

Həsənov Füzuli Tamı oğlu
73 nömrəli tam orta məktəbin direktoru
“Qabaqcıl Təhsil işçisi”
Geri qayıt