Bu gün işdən çıxarılan icra başçısı Elmar Vəliyevin villasını niyə dağıtmışdı? - İLGİNC

Bu gün işdən çıxarılan icra başçısı Elmar Vəliyevin villasını niyə dağıtmışdı? - İLGİNC Prezident İlham Əliyevin sərəncamı ilə bu gün tutduğu vəzifədən azad edilən Göygölün icra başçısı Arif Seyidov İmişlinin keçmiş rəhbəri, rüşvət və korrupsiyaya ittihamı ilə həbs edilən Vilyam Hacıyevin dostudur.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Arif Seyidov ən çox narazılıq edilən icra başçılarından olub. Mətbuatda vaxtaşırı onun barəsində tənqidi yazılar dərc edilib.

Arif Seyidov həm də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin villasını yerlə-yeksan etməklə yadda qalıb. Bu hadisə 2011-ci ilə təsadüf edir. Həmin vaxt yayılan məlumatda iddia olunurdu ki, Elmar Vəliyev Göygölün Toğana kəndi ərazisində yerləşən “Cənnət bağı” restoranına məxsus torpaq sahəsində üçmərtəbəli yay rezidensiyası tikdirib.

“Cənnət bağı” restoranı isə tikinti maqnatı kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur. Elmar Vəliyev tikintini Göygöl Rayon İcra Hakimiyyətinə xəbər vermədən həyata keçirib və İsfəndiyar Axundovu da hədələyib ki, bu barədə sussun.

Amma az sonra Arif Seyidov məsələdən xəbər tutub və onunla Elmar Vəliyev arasında ciddi problem yaranıb. Elmar Vəliyevlə mübahisə edən Arif Seyidov ona sözügedən üçmərtəbəli tikilinin sənədsiz işşa olunduğunu bildirib və bu barədə niyə ona xəbər verilmədiyinə irad tutub. Elmar Vəliyev isə kobud cavab verib. Bundan sonra Arif Seyidovun göstərişi ilə Elmar Vəliyevin Toğanadakı üçmərtəbəli villası darmadağın edilib.
Geri qayıt