Prezidentimizin uğurlu siyasətini dəstəkləyirik

Prezidentimizin uğurlu siyasətini dəstəkləyirik Bütün dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyası (COVİD-19) ölkəmizdən də yan keçmedi.Virusun yayılmasının qarşısının alınması və Azərbaycan xalqının təhlükəsizliyi üçün ölkəmizdə aparılan uğurlu siyasətə və bu ağır günlərdə xalqımıza etdiyi maddi və mənəvi dəstəyə görə Rüspublika Prezidenti cənab İlham Əliyevə minnətdaram.
Bu çətin günlərdə cənab Prezidentin müdrikcəsinə gördüyü qabaqlayıcı tədbirlər, uzaqgörən siyasəti nəticəsində ölkəmiz digər güclü dövlətlərlə muqayisədə olduqca yaxşı mövqedə dayanaraq dünyanın bir çox dövlətlərinə nümunə oldu.Koronavirusla mübarizə məqsədi ilə ölkəmizdə aparılan profilaktik tədbirlər,xüsusi karantin rejiminin tətbiqi , qabaqlayıcı tədbirlərin görülməsi, sosial qayğıya ehtiyacı olanlara , işsizlərə maddi köməklik göstərilməsi cənab İlham Əliyevin hər bir Azərbaycanlının prezidenti olduğunu bir daha sübut etdi. Eyni zamanda, bu məsələləri diqqət mərkəzində saxlamağı və təxirə salınmaz tədbirlərin görülməsi nəticəsində bu pandemiyanın ölkəmizdə yayılması minimum həddədir.
Bu günlərdə biz Prezidentimizin xalqımız və millətimiz üçün necə dəyərli işlər gördüyünün bir daha şahidi olduq. Bütün bunlar həm də sübut edir ki, cənab İlham Əliyevin apardığı uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.Bir vətəndaş kimi xalqa göstərdiyi yüksək qayğıya görə cənab Prezidentə minnətdarıq .İnanırıq ki, xalqımız ,elecə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaqdır.
Azərbaycan xalqı həm də bu günlərdə öz liderinin yanında olduğunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin nümunəsində bir daha göründü ki, lider ən kritik məqamlarda öz vətəndaşının, vətəndaş isə dövlətinin rəhbərinin yanındadır.Prezidentimiz xalqımıza dəstək olduğu kimi, xalqımız da hər zaman ona arxadır. Əminəm ki, lider-xalq birliyi bundan sonra özünü daha qabarıq şəkildə göstərəcəkdir. Cənab Prezident dediyi kimi: “Biz birlikdə güclüyük!”.
Bütün xalqımız kimi, biz şəhid ailələri prezidentimizin və bu çətin günlərdə insanlara doğma ana, bacı kimi can yandıran Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimizə olan daimi diqqət və qayğısını yüksək qiymətləndirir,ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün yorulmadan həyata keçirdiyi fədakar fəaliyyəti, apardığı qətiyyətli siyasəti ürəkdən bəyənərək və dəstəkləyərək bu şərəfli və məsuliyyətli işdə Onlara uğurlar diləyirik.
Nərimanov rayon sakinləri də əmindirlər ki, Azərbaycan bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə bütün bəlalardan qorunaraq əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, müdrik düşünülmüş və uzaqgörən siyasəti ilə yeni-yeni uğurlara imza atmaqla, ölkəmizi daha xoşbəxt və sağlam gələcəyə qovuşduracaqdır.

Xocalı Şəhid ailələri cəmiyyətinin sədri, Nərimanov rayonunda səlahiyyətli nümayəndə
Əliyeva Mehriban
Geri qayıt