Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?

Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır? Məlum olduğu kimi koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə Azərbaycanda Nazirlə Kabinetinin qərarı ilə mart ayının 3-dən karantin rejimi elan olundu. Epidemiyanın ölkə ərazisində yayılmamasının qarşısının alınması məqsədi yaradılmış Operativ Qərərgah tərəfindən elan olunmuş təlimatlara uyğun olaraq xüsusilə vacib iş sahələrindən başqa bir çox dövlət orqanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.İşləməsinə icazə verilən dövlət strukturlarından biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti idi. Karantin rejimində bu qurumun fəaliyyətinin vacibliyi bəllidir. Daha çox kənd təsərrüfatı sektorunda,kənd zəhmətkeşlərinə xidmətın təşkili və yarana biləcək problemlərin aradan qaldırılması üçün fəaliyyəti dayandırılmayan qurum öhdəliklərini necə həyata keçirdi?Əhməd Əhmədzadənin rəhbəri olduğu cəmiyyətə tabeli qurumlar karantin rejimi dövründə mövsümlə əlaqadər kənd zəhməşlərinə xidmətdən daha çox cari işlərini həyata keçiriblər.

Aktualinfo.org Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların karantin rejimi dövründə keçirdikləri tenderlərin hamısına toxunmayacaq.Burada, qurumun ayrı-ayrı rayon idarələrinin elan etdiyi tenderlərin bir çoxunun qalibinin “Ruzi”MMC olması daha çox diqqət çəkir.Hansı ki,hələ yanvar,fevral aylarında biz sözügedən MMC-nin səhmdar cəmiyyətin rayonlardakı xidmət idarələri tərəfindən elan olunmuş bir çox dövlət sifaşirlərinin mütləq qalibi olması barədə Aktualinfo.org-da bir neçə dəfə məlumatlar verilmişdik.Respublika ərazisində karantin rejimi elan olunduqdan sonra da adıçəkilən MMC bu istiqamətdə fəaliyyətini davam etdirməli olub.İndi biz MMC-nin əldə etdiyi dövlət sifarişlərinı diqqətinizə çatdırırıq.Qeyd edək ki,MMC ancaq karantin rejimi dövründə 15 dövlət satınalmasının, ümumiyyətlə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli rayon idarələri tərəfindən keçirilmiş ümumi dəyəri 4 milyon manatdan çox onlarla tenderin qalibi olub.Bir daha qeyd edirik. Ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişlərini.

Aşağıda sadaladığımız rayonların yerləşdiyi ərazilərə diqqət yetirin. Cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC-nin aralarında yüzlərlə kilometr yol olan bu rayonlarda dövlət sifarişlərini həyata keçirməsi nə dərəcədə real görünür? Sizə elə gəlmirmi ki,bu bir əldən idarə olunur? Özü də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində olan gözəgörünməz bir əllə. Qayıdaq”Ruzi” MMC-nin qalibi olduğu tenderlərə.

“Ruzi” MMC, 10.03.2020-ci il tarixdə Tovuz rayon Subartezan Quyularının İstismarı İdarəsi tərəfindən tikinti materiallarının satınalması üzrə 275419.67 manat,nəqliyyat vastələri, mexaniki və elektirik avadanlıqlarının satınalınması üzrə isə 165305 manat dəyərində tenderlərin qalibi olub.

17.03.2020-ci il tarixdə Hacıqabul rayon Suvarma Sistemləri İdarəsi tərəfindən maşın-mexanizm,nəqliyyat vasitələri, hidrotexniki qurğular üçün ehtiyyat hissələrinin və digər mal-materialların satınalınması üzrə 231370.86 manat dəyərində müqavilə bağlayıb.

18.03.2020-ci il tarixdə İmişli rayon Suvarma Sistemlər İdarəsi tərəfindən maşın və mexanizmlər, mexaniki avadanlıq və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması üzrə 245666.86 manat dəyərində müqavilə imzalayıb.

18.03.2020-ci il tarixdə Beyləqan rayon Meliorasiya İdarəsi tərəfindən əsaslı və cari təmir işlərində istifadə ediləcək mal – materialların satınalınması və maşın -mexanizmlərin ehtiyyat hussələrinin satınalınması üzrə məbləği açıqlanmayan iki müqavilə bağlayıb.

16.04.2020-ci il tarixdə Saatlı rayon Suvarma Sistemlər İdarəsi tərəfindən 2020-ci il cari təmir üçün ehtiyat hissələrinin satın alınması üzrə 104788.2 manat dəyərində müqavilə bağlanıb.

17.04.2020-ci il tarixdə Samux rayon Suvarma Sistemlər İdarəsi tərəfindən nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 94300,subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması üzrə 239720, tikinti materiallarının satınalmasına isə 113340 manat məbləğində üç lot üzrə müqavilə bağlanılıb.

18.04.2020-ci il tarixdə Xocavənd rayon Suvarma Sistemlər İdarəsi tərəfindən Maşın-mexanizmlərin ehtiyat hissələrinin satınalmasına 46457.06 manat,cari təmir işlərində istifadə ediləcək mal-materialların satınalmasına isə 18688.51 manat dəyərində 2 lot üzrə müqavilə bağlanmışdır.

29.04.2020-ci il tarixdə Şəmkir rayon Suvarma Sistemlər İdarəsi tərəfindən maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması üzrə 254882.36 manat dəyərində müqavilə bağlanmışdır.

05.05.2020-ci il tarixdə Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi tərəfindən maşın-mexanizmlər və nasoslar üçün ehtiyat hissələrinin satınalmasına 271581.84 manat,tikinti materiallarının satınalmasına isə 119851 manat dəyərində iki lot üzrə müqavilə bağlanmışdır.

Bağlanmış müqavilələlərdən də göründüyü kimi karantin dövründə MMC xeyli gəlir etmişdir.Təbii ki,alınan mallara ayrılmış vəsaitləri və “otkatı”çıxdıqdan sonra.Bu, bu gün hər kəsə məlumdur.Bir də hamıya məlum olan koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasıdır.Fond yaradılan kimi,başda ölkə rəhbəri və xanımı Mehriban Əliyeva olmaqla,bir çox dövlət rəsmiləri,o cümlədən tanınmış ictimai-siyasi xadimlər,mədəniyyət və incəsənət nümayəndələri,hətta sıravi vətəndaşlar belə dərhal bu aksiyaya qoşuldular.Onlarla yanaşı özəl sektorda çalışan bir çox şirkət rəhbərləri,orta və kiçik sahibkarlar tərəfindən də Fonda müxtəlif məbləğlərdə ianələr edild.Düzdür Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də, ona tabeli qurumlar da Fonda maliyyə dəstəyi ediblər.Siyahıya diqqətlə nəzər saldıqda onlarla tenderin qalibi olmayan, dövlətdən heç bir sifariş almayan yüzlərlə MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanları daxilində ianələr etmişlər. Bəs, təkcə karantin dövründə 15 tenderin qalibi olmuş”Ruzi”MMC-nin adı bu siyahıda niyə yoxdur? Dövlətdən bu qədər sifariş almış bir şirkət olaraq “Ruzi”MMC-nın adının bu siyahıda olmaması sizlərə qəribə gəlmirmi?Elə bizlərə də qəribə gəlir.
Geri qayıt