Mahir Quliyevi “faizə oturdan” SƏBƏB: Oğlu qumarda nə qədər pul uduzub?

Mahir Quliyevi “faizə oturdan” SƏBƏB: Oğlu qumarda nə qədər pul uduzub? Hazırda istintaq altında olan Biləsuvar rayonunun sabiq icra başçısının böyük məbləğdə borclandığı məlum olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunan icra başçısı Mahir Quliyevin oğlunun qumar ehtirası atasına baha başa gəlib.

Məlumata görə, həbs olunan sabiq icra başçısının 8-10 milyon manat məbləğində yüksək faizlə götürülmüş borcunun olduğu müəyyən edilib.

Quliyevi külli miqdarda borc götürməyə vadar edən səbəb isə oğlunun qumarda yuxarıda göstərilən məbləğdə pul uduzması olub.

Bildirilir ki, Hacı İbrahim Nehrəmlinin kürəkəni olan keçmiş başçının oğlu qumar masasında dəfələrlə yüksək məbləğdə pul uduzub.

Oğlunun qumar borclarını qaytarmaq məcburiyyəti isə Quliyevin üzərinə düşdüyündən, o, yüksək faizlə 8-10 milyon manat məbləğində borc götürməli olub.

Hazırda istintaqı davam edən sabiq icra başçısının bu borcu necə qaytaracağı artıq başqa söhbətin mövzusudur. /Yenicag.az
Geri qayıt