Nəsiminin icra başçısının həbsinə çağrış: Asif Əsgərova şok – İttihamlar

Nəsiminin icra başçısının həbsinə çağrış: Asif Əsgərova şok – İttihamlar “Hər dəfə DTX və digər hüquq-mühafizə orqanlarının korrupsioner, öz əməlləri ilə dövlətə, xalqa və cənab prezidentə qarşı xəyanət içində olan məmurlara, icra başçılarına qarşı əməliyyatlarını görəndə yadıma Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov düşür”.
Bu sözləri jurnalist Fərid Şahbazlı “facebook” hesabında yazıb.

Onun sözlərinə görə, 15 ildir müxtəlif rayonlara başçılıq edən A.Əsgərovun adı mətbuatda korrupsiya, məmur özbaşınalığı, “yaşıl soyqırım”dan başlayaraq seçki saxtakarlığına qədər ən müxtəlif qalmaqallarda hallanıb:

“Hələ oğlunun “avtoşluq” edərək günahsız bir insanın ölümünə səbəb olması və sonra rahat şəkildə azadlıqda gəzməsi ilə bağlı xəbərləri demirəm…

Arzu və xahiş edirik ki, hörmətli hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə yollarını Nəsimi rayonundan da salsınlar”.

Jurnalist bu fikirlərini Biləsuvarın icra başçısı Mahir Quliyevin DTX tərəfindən saxlanılması xəbərlərinin ardınca yazıb. Çünki Nəsimi rayon icra başçısından da şikayətlər az deyil.
A.Əsgərov istər Səbail, istər Nəsimi rayonuna rəhbərlik etdiyi dövrdə adı qanunsuzluqlarda hallanıb. Onun dosyesi böyük bir cinayət aktıdır.

Asif Əsgərov oğlunun avtoqəzada adam öldürməsi, deputat Adil Əliyevdən 30 min rüşvət istəməsi, yaşıllıqların məhvi ilə gündəmə gəlmiş icra başçısıdır. Onu bitirən bu məlumatlar vəzifədən gedişini sürətləndirir.

Asif Əsgərov gələcək karyerası ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa iştirakıdır.

Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıb. Asif Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun “avtoş”luğuna görə “cəlb” etməyə başlayıb.
Reportyor.info xatırladır ki, bir neçə il öncə Asif Əsgərov Səbayel RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu.

Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi.
2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi.

«Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu.

Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı.

Onun binaların həyətlərini satması, yaşıllıqları qırdırması, səkiləri peşkəş eləməsi azmış kimi, deputat Adil Əliyevdən rüşvət istədiyi iddiası da mediada ciddi rezonans doğurdu.
“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir…
Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

Deputat Adil Əliyev özünün Salatın Əsgərova 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib.

İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, – deyə, deputata ismarıc göndərmişdi. Qeyd edək ki, Salatın Əsgərova küçəsi isə əsasən Nəsimi rayonunun ərazisidir.

Reportyor.info media üzərindən xəbər verir ki, dekabrda keçirilən bələdiyyə, fevralda keçirilən parlament seçkilərində də A.Əsgərovun adı saxtakarlıqlara qarışmışdı. Başçının səfərbər etdiyi adamlar min hoqdan çıxmışdılar.

Məlumatlara görə, 21 saylı Nəsimi seçki dairəsi, 22 saylı Nəsimi ikinci seçki dairəsi və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə ciddi qanun pozuntularına yol verilib.
21 saylı Nəsimi seçki dairəsindən Məlahət İbrahimqızı, 22 saylı Nəsimi ikinci seçki dairəsindən Asim Mollazadə, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən isə Ziyad Səmədzadə qalib elan olunublar.
Bu nəticələrin elan olunması və iştirak prosesində Nəsimi Rayon İcra Hakimiyyətinin ciddi dəstəyi olduğu xəbər verilir.

Nəsimi RİH tərəfindən verilən təlimatlar əsasında məktəb direktorları, müəllimələr, Mənzil İstismar Sahələrinin rəisləri sözügedən dairələrdə seçki prosesinə cəlb olunublar.
İddialar səslənir ki, Nəsimi RİH məntəqələrdə sədrlər olan məktəb direktorlarına 300 manatdan, komissiya üzvləri olan müəllimələrə 100 manatdan paylayıb.
Həmçinin, onbaşı və yüzbaşılara da pul paylanb ki, özləri ilə karuseldə iştirak üçün seçicilər gətirsinlər. Bildirilir ki, xüsusi saxtakarlıq, karusel 21 saylı Nəsimi və 23 saylı Nəsimi-Səbail seçki dairələrində qeydə alınıb.(Reportyor.info)
Geri qayıt