Saxlanılan icra başçısı kim olub? – Ofisant, usta, satıcı…

Saxlanılan icra başçısı kim olub? – Ofisant, usta, satıcı… Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. İcra başçısı Mahir Quliyev və bir neçə müavini saxlanılıb.

Unikal.org saxlanılan M.Quliyevin "kafe müdirliyindən icra başçılığına" kimi gələn yola nəzər salıb.

Məlum olub ki, Mahir Quliyev 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, işləyib.

1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə Səbail rayonunda (o zaman bu rayon "26 Bakı Komissarı" adlanırdı) İctimai iaşə idarəsində satıcı, inzibatçı, “Sahil” restoranında, ofisant, müavin və buranın müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Geri qayıt