DTX-nın tutduğu icra başçısı bu iş adamı ilə quda imiş - FOTO

DTX-nın tutduğu icra başçısı bu iş adamı ilə quda imiş - FOTO Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda imiş.

M.Quliyevin qızı hacı İbrahimin oğlu ilə ailəlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ölkə.az
DTX-nın tutduğu icra başçısı bu iş adamı ilə quda imiş - FOTO
Geri qayıt