“Deputat olmaq məmur olmaq deyildi” - Sabiq deputat

“Deputat olmaq məmur olmaq deyildi” - Sabiq deputat Düşünürəm ki, söz məndən jurnalistikadan uzaqlaşıb məmur olsam inciyər. Deputat olmaq məmur olmaq deyildi. Həm də mən parlamentdə medianın bir növ lobbiçiliyini etdim”.

Bunu sabiq deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, o deputat olduğu dönəmdə seçildiyi Saatlı rayonunun problemləri ilə yanaşı, həm də jurnalistikanın çətinliklərini gündəmə gətirib: “Hamı məni jurnalist millət vəkili kimi tanıdı: “Məncə, cəmiyyət məni böyük ölçüdə Əflatun Amaşov kimi tanıyır. Deputat olmazdan öncə də belə tanıyırdı, deputat olandan sonra da. Mənə xüsusi münasibət deputat olduğuma görə deyildi. Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam. Dostluğa münasibətim hələ lap uşaqlıqdan - dahi Tolstoyun “İki yoldaş” hekayəsini oxuyarkən formalaşıb. Hekayədəki “ayı sənə nə dedi” ritorikasına əsaslanmışam. Ayı ilə üzləşən iki yoldaşdan biri qaçıb ağaca çıxır, o biri isə çarəsiz qalıb özünü ölülüyə vurur. Ayının yerdə qalan yoldaşın “qulağına dediyi sözlər” var - səni təhlükədə qoyub qaçan adamdan dost olmaz. Jurnalistikada hər kəsi özümə yaxın bilmişəm. Təbii, Mətbuat Şurasının təşkilatlanmasında birgə çalışdığımız şəxslər mənə daha yaxın olublar. Bəziləri var ki, bu gün məndən incikdilər. Hər halda mən inciklik kimi qiymətləndirirəm. Biz bir çox hadisə və prosesləri görmüş insanlarıq. Müəyyən məsələlərə fərqli baxışımız ola bilər. Ancaq məncə, dövrün tələbinə uyğun fundamental yanaşma ortaya qoyulmalı idi. Biz birlikdə necə işləməyimizin forma və üsullarını düşünməliydik. Ancaq bu istiqamətdə razılığa gələ bilmədik və jurnalistikanın mənə qazandırdığı bəzi dostlar - hər zaman birlikdə olduğumuz, bir çox məsələlərə birgə münasibət bildirdiyimiz dostlar uzaqlaşdılar. Hər zaman bu barədə düşünmüşəm. Görünür, bir çox məsələlərə daha ali yanaşmışam. Yanlışlığa yol verdiyimi düşünmürəm. Medianın maraqları hansısa formada dövlətin maraqları ilə uzlaşmalı idi. Bu gün də başqa yol görmürəm. O zaman da görmürdüm. Ümumən münasibət qurduğum, əlaqə saxladığım adamlar çoxdur. Bunlar insanın həyat statusuna görə azalır və ya çoxalır. Bəzən tamamilə dəyişən simaları görürük. Artıq belə hallara təəccüblənmirəm. Hətta hər kəsin hansı məqamda hansı cür davranacağını da proqnozlaşdıra bilirəm. Buna görə də heç kəsdən incimirəm. Ancaq fikrimcə, insanda əsl dost ya bir olar, ya iki”.Musavat.com
Geri qayıt