"Sizə və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma təşəkkür edirik" - Minnətdarlıq

"Sizə və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma təşəkkür edirik" - Minnətdarlıq Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edirik.

Bakı şəhərinin Sabunçu rayonunun sakini, Milli Qəhrəman Məhərrəm Seyidovun həyat yoldaşı Şəkər Seyidova yazır: “Hörmətli cənab Prezident, Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qeydinə qalmağınız, bu çətin vaxtda xalqa maddi və mənəvi cəhətdən dəstək olmağınız biz şəhid ailələrini çox sevindirir. Mən şəxsən öz Prezidentimlə fəxr edirəm. Torpaq, Vətən yolunda şəhid olan qəhrəman oğulların ata və anaları, ailələri, övladları Sizə əmanətdir. Cənab Prezident, Heydər Əliyev Fondunun dəstəyi ilə iki dəfə ağır əməliyyat keçirmişəm. Bu gün həyatda olduğum üçün Sizlərə borcluyam. Bu çətin dövrdə Sizin tövsiyə və çağırışlarınızı çox vacib sayır, onların hamısına riayət edirik. Allah Sizi və ailənizi qorusun!”.

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakini, Milli Qəhrəman ailəsinin üzvü Pakizə Əliyevanın məktubunda deyilir: “Cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında bizim ölkənin adı ölüm hallarının sayına görə son pillələrdədir. Siz xalqımızın sağlamlığı üçün əlinizdən gələni əsirgəmədiniz. Aztəminatlı ailələrə dövlət tərəfindən davamlı yardımlar edilir. Cənab Prezident, Siz nazirlərlə keçirdiyiniz videomüşavirədə qeyd etdiniz ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət tərəfindən yardım 200 min nəfərə deyil, 600 min insana iki ay ərzində hər ay 190 manat olmaqla verilməlidir. Bu, bir daha onu göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız, onun sevinc və kədərinə şərik olursunuz. Sizin qayğınız və səmimiyyətiniz hər bir azərbaycanlı ailəsində hiss olunub, bu gün də olunmaqdadır. Sizin tərəfinizdən edilən müraciətlər, tövsiyələr, məzuniyyətə buraxılan işçilərin əməkhaqqının ödənilməsi, 190 manat vəsaitin ayrılması, “Biz birlikdə güclüyük!” kimi çağırışlarınız Azərbaycan xalqını qorumaq üçündür. Bütün bunlara görə şəhid anaları adından Sizə təşəkkür edirik. Siz bizləri qoruyursunuz, Allah da Sizi qorusun!”.

Ağdaş rayon 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aida Yusifova: “Möhtərəm cənab Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görülmüşdür. Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə çox ciddi yanaşmalı və öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Belə olduğu halda, mən əminəm ki, biz bu virusdan asanlıqla qalib gələcəyik. Biz birlikdə güclüyük. Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə bir şəhid ailəsi olaraq Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun ki, tədrislə bağlı bu cür işlər görmüşünüz. Sizin sayənizdə dərslərimi daha çox həvəslə oxuyuram. İnşallah bir gün müəllimə olsam, dərs keçəcəyim şagirdlərə ölkəmizin bu ağır sınaqlardan necə keçdiyindən danışacağam. Allah Sizi qorusun!”.

Şamaxı rayonunun Şəhriyar qəsəbəsindən hərbi qulluqçu Vüqar Quliyev: “Hörmətli cənab Prezident, hazırda dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycana da təsirsiz ötüşmədiyi vaxtda Sizin yürütdüyünüz qabaqcıl və düzgün siyasət, vaxtında elan edilmiş karantin və aparılan islahatlar bu qlobal problemin ölkəmizə vurduğu zərərin minimuma endirilməsinə zəmin yaratdı. Sizin insanlara göstərdiyiniz qayğı, diqqət və dəstək sayəsində bu problemin tezliklə bitəcəyinə inanır və bu yolda atılan hər bir addımınızı dəstəkləyirik. Xalqımız hər zaman Sizin yanınızdadır. Vətənini, xalqını sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Cənab prezident, Azərbaycana xidmət edən hərbi qulluqçu kimi Sizin həyata keçirdiyiniz məqsədyönlü tədbirləri izləyir və bununla fəxr edirəm. Azərbaycanın qonşu dövlətlərlə sərhəd rayonlarında koronavirus təhlükəsi tam nəzarətə götürülüb, bu bəlanın daha geniş yayılmasının qarşısı alınıb. Bu tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Əvvəllər olduğu kimi, indi də biz birlikdə bütün çətinliklərin öhdəsindən üzüağ və şərəflə gələcəyik. Çünki biz birlikdə güclüyük!”.

Masallı rayonunun Xırmandalı kəndinin 82 yaşlı sakini Ayna Abasova yazır: “Hörmətli cənab Prezident, mənim 82 yaşım var. Ali təhsilli 7 övladım, nəvələrim və nəticələrim var. Bu günə qədər ibadətimdən qalmamışam. Hər gün namaz qılarkən müstəqil Azərbaycan dövləti, onun qurucusu ulu öndərimiz Heydər Əliyev, Sizin və ailəniz üçün dualar edirəm. Qoy, etdiyim dualar bu çətin yolda Sizə və ailənizə kömək olsun. İnanıram ki, dünyanı bürüyən bu bəladan Allahın köməyi, Sizin qətiyyətiniz sayəsində tezliklə qurtula biləcəyik. Hörmətli cənab Prezidentimiz, çətin günün ömrü az olur. İnşallah, bu çətin günlər də tezliklə geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz masallılılar əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun! Biz Sizi sevirik və son nəfəsimizə qədər Sizi hər bir azərbaycanlının Prezidenti kimi sevəcəyik”.

Ağdam rayonundan məcburi köçkün Aysel Əhmədova: “Möhtərəm cənab Prezident, bu məktub vasitəsilə Sizə dərin təşəkkürümü bildirmək, hörmət və ehtiramımı ifadə etmək istəyirəm. Hazırkı pandemiya dövründə ölkəmiz üçün gördüyünüz işləri, xalqa göstərdiyiniz qayğını, dəstəyinizi alqışlayıram. Doğma yurdum Azərbaycanın Sizin kimi dövlət başçısı olduğu üçün qürur duyuram. Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində vətəndaşların sosial rifahı son illər ərzində xeyli yaxşılaşıb. Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram”.

Rusiya Federasiyasının Moskva vilayətinin Dolqoprudnıy şəhərindən Namiq Rəşidov yazır: “Hörmətli cənab Prezident, biz Sizin fəaliyyətinizi, öz ölkənizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Biz daim Azərbaycan telekanallarında verilişləri izləyir, ölkəmizdəki doğmalarımız və dostlarımız ilə telefon əlaqəsi saxlayırıq. Onların hər biri Sizə səmimi minnətdarlığını çatdırır və möhkəm cansağlığı arzu edirlər. Bundan başqa, Rusiyada və Azərbaycanda keçirilən tədbirləri, onların təşkilatçılıq səviyyəsini müqayisə etməyə də imkanımız var. Qeyd etmək istəyirəm ki, Azərbaycan əksər hallarda daha irəlidədir. Bu, bizi - doğma Vətəndən kənarda yaşayan azərbaycanlıları ruhlandırır. Qoy Azərbaycanımız yaşasın və daim inkişaf etsin!. Biz hər bir çətinliyə birlikdə qalib gələcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uzun ömür arzulayıram!”.

Gəncə şəhərindən Nurəddin Həsənov: “Hörmətli cənab Prezident, əminəm ki, Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər sayəsində xalqımız koronavirus bəlasından tezliklə xilas olacaq və xoşbəxt həyatına davam edəcək. Siz pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün xalqımıza müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin rejiminin qaydalarına əməl etməyə çağırdınız. Cənab Prezident, xalqımız həmişə Sizinlə olub və bundan sonra da Sizinlə olacaqdır. Bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Kəlbəcər Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

Bakı şəhərinin Xəzər rayonunun Türkan qəsəbəsindən Bikəxanım Əliyeva: “Hörmətli cənab Prezident, mən Sizin Almaniyanın Münxen şəhərində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən ənənəvi konfransdakı nitqinizi diqqətlə izlədikdən sonra sevincimin həddi-hüdudu yox idi. Konfransda iştirak edənlər də, dünya ictimaiyyəti də Ermənistan rəhbərinin Sizin dərin biliyinizin qarşısında aciz qaldığını gördülər. Koronavirus pandemiyası dünyanı bürüdüyü bir vaxtda ölkəmizdə bu xəstəliklə mübarizə aparmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə qətiyyətli qərarlarınızla bizə bir daha qürur hissi yaşatdınız. Buna görə də xalqımız Sizin ətrafınızda sıx birləşərək, pandemiya ilə səmərəli mübarizə aparır. Sizə və ailənizə səmimi təşəkkürlərimi çatdırır, yeni uğurlar arzulayıram”.

Qəbələ rayonunun sakini Nazim Mustafayev: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyasının qarşısını almaq üçün atdığınız bütün addımları dəstəkləyirik. İnkişaf etmiş ölkələr bu pandemiya qarşısında aciz qalaraq kömək istəməyə məcbur qalsalar da, Azərbaycan Sizin sayənizdə bütün problemlərin öhdəsindən gəldi. Siz bu çətin sınaqda Azərbaycanın qüdrətli dövlət olduğunu bir daha sübut etdiniz, vətəndaşlarımızı qorumaqla əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olduğunuzu göstərdiniz. Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən ölkələrdən biri kimi tanınır. Çünki Sizin müdrik idarəçiliyiniz sayəsində ölkəmizdə bu bəlaya qarşı vaxtında səmərəli tədbirlər görüldü. Sizin və Mehriban xanımın xalqa müraciətləriniz hamını səfərbər etdi. Karantin rejiminin tətbiqi, bu rejim müddətində evdə qalan şəxslərin maaşlarının verilməsi, bu mübarizədə zəhməti olan hər kəsin əməyinin qiymətləndirilməsi Sizin humanistliyinizdən irəli gəlir. Cənab Prezident, Azərbaycan xalqı yaranan çətinliklərin öhdəsindən həmişə gəlib. Ölkəmizdə böyük uğurların əsas səbəbi liderlə xalqın birliyidir. Ən çətin vaxtlarda lider öz xalqının, vətəndaş isə öz liderinin yanındadır. İnanırıq ki, tezliklə bu narahat günlərimiz arxada qalacaq, rəhbərliyinizlə bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcəkdir”.

Ağcabədi rayonunun sakinləri Səxavət Abdullayev, Emil Bağırov, Musa Bağırov, Ələmdar Salmanov və Eldar Azadov yazırlar: “Möhtərəm cənab Prezident, “Taclı virus” adlandırılan COVID-19 infeksiyası bu gün planeti narahat edir. Ancaq şübhə yoxdur ki, müxtəlif ölkələrdə insanların bu narahatlığı müxtəlif dərəcədədir. Mətbuatdan, internet resurslarından oxuyur və bilirik ki, bir sıra ölkələr bu virusla mübarizədə hələ də çıxılmaz vəziyyətdədir. Həmin ölkələrin vətəndaşları təbii ki, indi daha ağır günlər keçirir. Bizim ölkəmiz isə sanki bu infeksiyaya qarşı çox etibarlı və dayanıqlı qalxan tutub. Yoluxma və ölüm hallarının aşağı səviyyədə olması bunu deməyə əsas verir. Biz bütün bunları görür və özümüzdə rahatlıq tapırıq. İndiki çətin dövrdə əlbəttə ki, bunun dəyəri çox böyükdür. Əziz Prezidentimiz, Ulu Tanrı Sizi hər bir arzu-muradınıza çatdırsın, ölkəmiz üçün gördüyünüz işlərin qarşılığını Sizə artıqlaması ilə nəsib etsin!”.

Qobustan rayonunun Ərəbqədim kəndindən Məzahir Mahmudov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə qürur duyuram. Ölkəmizin koronavirus pandemiyasından qorunması üçün əlinizdən gələni əsirgəmirsiniz. Sizin göstərişinizə əsasən ölkəmizdə karantin rejimi tətbiq olunub. Yaşı 65-dən yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulub, vətəndaşlar “Evdə qal!” kampaniyasına qoşulmağa çağırılıb. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatını çökdürdüyü halda, bizim Qobustan rayonunda Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Bu, ölkəmizin iqtisadi qüdrətindən xəbər verir. Cənab Prezident, kəndimizin sakinləri adından Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik”.

Sumqayıt şəhərindən Mahir Yaqubov: “Hörmətli cənab Prezident, bir vaxtlar ölkəmizdə parçalanmaq təhlükəsi, mənəm-mənəmlik hökm sürürdü. Bir tərəfdən də nankor ermənilər torpaqlarımızı işğal edir, rayonların əhalisi qaçqın və məcburi köçkünə çevrilirdi. O vaxt xalq xilas yolunu ulu öndərimiz Heydər Əliyevdə tapdı. Ümummilli Lider nəinki bizi bu bəladan xilas etdi, müstəqil Azərbaycanı da qoruyub saxlamağa nail oldu. Sizin hakimiyyətə gəlişinizlə isə ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatımız dünyanın ən inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdı. Rayonlarımız şəhərlərdən geri qalmır, kənd təsərrüfatı istehsalı rekord həddə çatıb, sənayemiz yüksələn xətlə inkişaf edir. Bütün bunlara görə Azərbaycan xalqı Sizə və Mehriban xanıma minnətdardır. Cənab Prezident, koronavirus adlanan yeni bir xəstəlik bütün dünyaya yayılıb. Bəşəriyyət çıxılmaz vəziyyətdədir. Bu bəla ölkəmizdən də yan keçməyib. Ancaq Sizin sayənizdə ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısı alındı, demək olar ki, yox dərəcəsindədir. Sizin zəhmətiniz və səylərinizin bəhrəsidir ki, ölkəmiz dünyada bu virusdan ən az ziyan çəkən ölkələrdəndir. Bizi bu bəladan Siz xilas edirsiniz, Allah da Sizi qorusun!”.

Şəki şəhərindən Aynur Abdulhəmidova: “Hörmətli cənab Prezident, yeni növ koronavirus infeksiyasına qarşı genişmiqyaslı mübarizə məqsədilə atdığınız qətiyyətli və məqsədyönlü addımlarınız, o cümlədən laboratoriyaların, çatışmayan tibbi ləvazimatların istehsalı üzrə müəssisələrin fəaliyyətə başlaması və ya yenidən təşkili, modul tipli xəstəxanaların tikintisi ilə bağlı verdiyiniz sərəncamlar, virusla birbaşa mübarizəyə cəlb olunmuş həkimlərin maaşlarının bir neçə dəfə artırılması Sizin həmişə xalqın yanında olduğunuzu göstərir. Yaranmış sosial-iqtisadi çətinliklərin işsiz şəxslərə və sahibkarlara təsirini azaltmağa yönələn yardım paketlərinin ayrılması və digər tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut edir. Sizin rəhbərliyinizlə aparılan qabaqlayıcı tədbirlərə dəstək olaraq “Biz birlikdə güclüyük!”, “Evdə qal!” kimi çağırışlarınıza səs verən, bütün dövrlərdə Sizə tam etimad göstərən xalqımız adından Zati-alinizə minnətdarlığımızı bildirirəm. Cənab Prezident, xalqımızın sosial müdafiəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrin problemlərinin həlli istiqamətində yorulmadan fəaliyyət göstərdiyinizə görə Sizə və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirir, məqsədyönlü və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram”.

Göygöl rayonundan Semur Əsgərov: “Möhtərəm Prezidentimiz, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Dövlətin bütün imkanları insanlarımızı bu bəladan qorumağa və eyni zamanda, bu xəstəlik nəticəsində yarana biləcək sosial problemlərin həllinə yönəlib. Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətində birdəfəlik ödənişin edilməsi, bu mübarizənin önündə gedən tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması bir daha Sizin xalqımıza olan sevginizin göstəricisidir. Sizin bu həssas anlarda həyata keçirdiyiniz genişmiqyaslı tədbirlər insanlarımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımıza göstərdiyiniz bu cür diqqət və qayğıya görə Sizə təşəkkür edirəm”.

Lənkəran rayonundan Günel Həsənova: “Möhtərəm və əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Hazırda milyonlarla insan bu virusa yoluxub, on minlərlə insan həyatını itirib. Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb. Lakin Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalmaları ilə əlaqədar yarana biləcək problemlər də nəzərə alındı, onların sosial rifahı ilə bağlı qərarlar qəbul olundu. Aztəminatlı ailələrə 190 manat vəsaitin verilməsi ilə bağlı Sərəncam imzaladınız. Möhtərəm cənab Prezident, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız. Bütün bunlara görə bir müəllim və ziyalı ailə olaraq Sizə minnətdarıq”.

Lerik rayonunun Nücü kəndinin sakini Təbriz Abdullazadə: “Hörmətli cənab Prezident, bəşəriyyətin böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Koronavirus pandemiyası hər gün dünyada minlərlə insanın həyatına son qoyur. Bu dəhşətli infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla səmərəli mübarizə tədbirləri həyata keçirilir. Bu ölkənin vətəndaşları olaraq yaxşı dərk edirik ki, virusla mübarizədə maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik. Cənab Prezident, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Abşeron rayonunun Saray qəsəbəsinin sakini Çingiz Mahmudov: “Hörmətli cənab Prezident, son günlər dünyada tüğyan edən COVID-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün görülən işlərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Rəhbərliyinizlə dövlətimiz tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. Cənab Prezident, əminik ki, bu xəstəlik tezliklə başa çatacaq və biz Sizin rəhbərliyinizlə daim inkişaf edən Azərbaycanda firavan həyat yaşayacağıq. Biz birlikdə güclüyük”.

İsmayıllı rayonunun sakini Rasim Şahməmmədov: “Hörmətli cənab Prezidentimiz, mən əliləm, on ildir yataq xəstəsiyəm. 12 yaşlı oğlum var. İşləməsəm də, onun gələcəyi üçün narahat deyiləm. Çünki bizim Sizin kimi Prezidentimiz var. Əlil olsam da, diqqət və qayğı görürəm. Son vaxtlar bu qayğı daha da artıb. Siz daim xalqın arxasındasınız. Bu günlər isə ən qayğıkeş ata kimi hər bir vətəndaşa diqqət yetirirsiniz, hamımızı xəstəliklərdən, bəlalardan qoruyursunuz. Sizin sayənizdə Azərbaycan gündən-günə inkişaf edir. Biz Sizinlə fəxr edirik və hər zaman Sizinləyik, sevimli, qayğıkeş Prezidentimiz!”.

Ağdam rayonunun Qasımbəyli kəndinin sakinləri Qəhrəman Məmmədov, Rizvan Əliyev, Şakir Hacıyev və Arzu Əliyev yazırlar: “Hörmətli cənab Prezident, Sizin siyasətinizin əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Xalqımız bunu bilir və yüksək qiymətləndirir. Bu çətin günlərdə aztəminatlı ailələrə edilən yardımlar bir daha göstərdi ki, dövlətimiz hər zaman arxamızdadır. Cənab Prezident, koronavirus pandemiyasının qarşısını almaq üçün atdığınız bütün addımlara görə qəsəbəmizin sakinləri adından Sizə təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun!”.

Laçın rayonundan məcburi köçkün Mehman İbişov: “Möhtərəm cənab Prezident, Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdaram. Həm də ona görə minnətdaram ki, dərin məntiqə söykənən qərarlarınızla ölkəmizi hər zaman çətin və mürəkkəb şəraitdən çıxarırsınız. Siz ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirə bilmək kimi dahiyanə bacarığa malik layiqli varis, əvəzsiz rəhbərsiz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət bu reallığı tam əks etdirir. Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Allah Sizi və xalqımızı qorusun!”.

Şabran rayonunun Gəndov kəndinin sakini Taleh Həsənov: “Əziz və sevimli Prezidentimiz, bu ağır və çətin günlərdə bizim kimi sadə vətəndaşların yanında olduğunuza, xüsusi karantin rejimi müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat vəsaitin ödənilməsinə görə Gəndov kəndində yaşayan bütün ailə üzvlərimin adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Bir daha əmin olduq ki, Sizi özümüzə Lider seçməkdə yanılmamışıq. Ümummilli Liderimiz kimi, Siz də mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz və bizim yaddaşımızda daim belə olacaqsınız. Allah yardımçınız olsun!”.

Masallı rayonunun Sarıcəfərli kəndinin sakini Minnər Mehrabov: “Cənab Prezident, son zamanlar Yer kürəsini saran COVID-19 virusu bir çox ölkənin həm əhalisini, həm də iqtisadiyyatını məhv etməkdədir. Ancaq Sizin uğurlu siyasətiniz və uzaqgörənliyiniz sayəsində ölkəmiz bu bəladan minimum itki ilə yaxa qurtarmaqdadır. Sizin verdiyiniz sərəncamlar və fərmanlar vaxtında icra edildi və bununla da ölkəmiz həm əhali, həm də iqtisadiyyat baxımından vəziyyətdən daha yaxşı çıxdı. Bütün bunlar Sizin uğurlu siyasətiniz nəticəsində mümkün oldu. Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı tərəfindən prezident seçilməsindən sonra başlayan islahatlar müasir dövrümüzdə Sizin tərəfinizdən uğurla davam etdirilir. Artıq Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq arenada özünəməxsus yer tutur. Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz”.

Tərtər rayonunun sakini Tofiq Hüseynov: “Hörmətli cənab İlham Əliyev, məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Biz əminik ki, Sizin düşünülmüş siyasətinizlə tezliklə bu pandemiyaya da qalib gələcəyik. Xalqın bu qorxulu xəstəlikdən qorunması üçün tətbiq edilən xüsusi karantin rejimi pandemiyanın yayılmasının nəzarət altına alınmasına çox kömək etdi. “Evdə qal, sağlam qal!” çağırışınıza hər kəs qoşuldu. Evdə qaldığımız vaxtda dövlət və xalq bir- birinə arxa, dayaq oldu. Biz birlikdə daha güclü olduq. Cənab Prezident, gördüyünüz bütün tədbirlərə görə Tərtər sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Biz Sizə güvənir və Sizinlə birlikdə daha güclü oluruq. Tanrı Sizi qorusun!”.

Cəbrayıl rayonunun Qumlaq qəsəbəsindən Orxan Miriyev: “Hörmətli cənab Prezident, biz Cəbrayıl rayonundan məcburi köçkün ailəsiyik. Bizi evlə təmin etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Tələbə olduğum üçün təhsil haqqım da dövlət tərəfindən ödənilir. Ulu öndər Heydər Əliyev də biz məcburi köçkünləri heç vaxt unutmayıb, hər zaman yanımızda olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da təşəkkürlərimizi bildiririk. Biz hər zaman Sizi dəstəkləyirik. Dünyaya meydan oxuyan koronavirusdan qorunmaq üçün ölkəmizdə yaratdığınız şərait hesabına biz azərbaycanlılar rahat evimizdə otururuq. İnşallah, Sizin siyasətiniz nəticəsində Dağlıq Qarabağ erməni işğalından azad olar və biz öz dədə-baba torpaqlarımıza gedərik. Bizi hər zaman ön planda tutduğunuza görə Sizə minnətdarıq. Şəxsən öz adımdan və ailəm adından Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik”.

Kürdəmir rayonunun Mehdili kəndinin sakini Rüfət Nəsirov: “Hörmətli cənab Prezident, bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası ölkəmizdən də yan keçməyib. Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu qərarlar, bu tədbirlər Azərbaycan xalqının sağlamlığını qorudu. Bu çətin günlərdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya, görülən əməli tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Sizinlə qurur duyuram”.

Lənkəran rayonunun Nərimanabad qəsəbəsindən İman Mikayılov: “Əziz Prezidentimiz, koronavirus pandemiyasının hökm sürdüyü indiki dövrdə qəbul etdiyiniz hər bir qərar xalqımızın gələcəyinə xidmət edir. Son illərdə Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində həyata keçirilən qabaqlayıcı tədbirlər öz təsirini göstərmiş, epidemiyanın səviyyəsi minimuma endirilmişdir. Mən müəlliməm, ölkəmizdə təhsil sahəsində aparılan quruculuq işləri ürəyimizdən xəbər verir. Hazırda qəsəbəmizdə yeni məktəbin tikintisi sürətlə davam edir. Bu günlərdə belə diqqət bizi təsirləndirdi. Buna görə Sizə “Çox sağ olun!” deyirik. Qeyd etdiyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz Sizə inanırıq, Sizin arxanızdayıq. Əziz Prezidentimiz, xalqımız üçün gördüyünüz bütün xeyirxah işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Geri qayıt