Daxili İşlər Nazirliyində yeni təyinat

Daxili İşlər Nazirliyində yeni təyinat DiN-in Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinə yeni rəis təyin edilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən həmin baş idarənin baş müstəntiqi Polis polkovnik-leytenentı İbrahimxəlil Əhmədov Nəqliyyatda Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, 2009-cu ildə İbrahimxəlil Əhmədovun burnu sındırılmışdı. Belə ki, o, iş üçün Nərimanov rayon Məhkəməsinə daxil olarkən, məhkəmənin qarşısında iki nəfər onu döyüb, ağır bədən xəsarətləri yetirib. Nəticədə İ.Əhmədovun burnu sınıb.
Geri qayıt