Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı

Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı Milli Məclisin 17-də keçirilən plenar iclasında deputatlar arasında narazılıq yaranıb.

BakuPost-a istinadən xəbər veririk ki, buna səbəb koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yerinin dəyişdirilməsi olub.

İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb.

Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib.

Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar.

Hətta bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: “Niyə məhz məni bura qaldırıbsız?”

Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazaraq, sədrin bölgüsünü tənqid edib.

Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib.

Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır.
Geri qayıt