Pandemiyadan dərhal sonra... - ONLAR GEDƏCƏK...

Pandemiyadan dərhal sonra... - ONLAR GEDƏCƏK... Yaxın günlərdə bir neçə rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, konkret olaraq 7 rayonun başçısı ilkin mərhələdə dəyişdiriləcək və bu qərar koronavirus pandemiyasının aradan qalxdığı ilk günlərdən qüvvəyə minmiş olacaq, yəni hazırki situasiyada kardinal islahatların istisna edildiyi bəyan olunur. Qeyd edək ki, mənbə həmin rayon rəhbərlərinin, hansılar ki pandemiyadan sonra yola salınacaqlar - həmin RİH başçılarının siyahısını təqdim edib. Biz də siyahını oxuculara çatdırırıq:

1. Biləsvuar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev;

2. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev;

3. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;

4. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov;

5. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;

6. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev.

Mənbə iddia edir ki, Qusarın, Lənkəranın və daha 4 rayonun da icra başçısı yeni dalğada dəyişdiriləcək.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Geri qayıt